İmam Zaman ağamızın (ə.f) möcüzələri
Məsum İmamlar (ə) adətən öz İmamət dövründə möcüzələr göstərərdilər ki, insanlar onun İmam olduğuna inansınlar.
İmam Zamanın (ə.f) zühurdan sonra edəcəyi bəzi möcüzələrə nəzər salacağıq. 1. Quru çubuğu yaşıllaşdırmaq. 2. Möhkəm daşı yumşaltmaq. 3. Həzrətin (ə.f) əmri ilə quş danışacaq. İmam Əli (ə) buyurur: “Həzrət Məhdi (ə) öz hərəkət etdiyi yolda 12 min əsgəri olan Hüseyn seyyidinə rast gəlir və o, özünü rəhbərliyə layiq bilirdi. Həzrət ona deyər: “Mən Məhdiyəm”. Hüseyni soruşar: “Nişanən və ya dəlilin vardırmı ki, səninlə beyət edim?”. Həzrət (ə.f) göydə uçan quşa işarə edir və o, yerə enir və Həzrətin (ə.f) əlində qərar tutar. Allahın izni ilə dilə gələr və Həzrət Məhdinin (ə.f) İmamətliyinə şəhadət verər. Bu seyyidin daha çox inanması üçün İmam (ə.f) quru çubuğa yerə basdırar və o, yaşıllaşar. Budağı və yarpağı çıxar. Yerdən bir parça daş götürər və sıxaraq onu xırdalayar. Hüseyn seyyidi bu kəraməti görərək, Həzrətə (ə.f) iman gətirər. Özü və ordusu İmama (ə.f) tabe olar”. 4. Suyun qaynaması və yerdən çıxan azuqə. İmam Sadiq (ə) buyurur: “Nə zaman ki, Həzrət Qaim (ə.f) Məkkə şəhərində zühur edəcək və Kufəyə hərəkət etməyi qəsd edəcək, ordusuna elan edəcəkdir ki, heç kəs yemək və içmək götürməsin. Yanında Musanın (ə) daşı olacaqdır. Harada dayansalar daşı yerə vuracaq və yerdən bulaq qaynayacaqdır və hər kim ac olacaq, onu içərsə, doyacaqdır. Hər kim susuz olacaq, sirab olacaqdır”. 5. Teyyul-ərz. İmam Rza (ə) buyurur: “Nə zaman Həzrət Məhdi (ə) zühur edəcək, yer Allahın nuru ilə aydınlanacaqdır. Yer Məhdinin (ə) ayaqalarının altında sürətlə hərəkət edəcəkdir”. 6. Zaman yavaş hərəkət edəcək. İmam Baqir (ə) buyurur: “Nə zaman İmam Zaman (ə) zühur edəcək, Kufəyə tərəf hərəkət edəcəkdir. Orada yeddi ilə hökumət edəcəkdir. Onun hər ili sizin on ilə bərabərdir”. 7. Təkbirin qüdrəti. Həzrət Peyğəmbər (s) buyurur: “Həzrət Məhdi (ə) Konstantinopulun qarşısında enəcək və o zaman qalanın yeddi divarı olacaqdır. Həzrət yeddi təkbir deyəcək və divarlar yerə töküləcəkdir”. 8. Sudan keçmək. İmam Sadiq (ə) buyurur: “Atam buyurmuşdur: O zaman ki, Həzrət Qaim (ə) qiyam edəcək, ordunu Konstantinopola göndərəcəkdir. O zaman ki, körfəzə çatacaqlar, ayaqlarının üzərinə cümlə yazacaq və suyun üstündən keçəcəklər. Romalılar bu möcüzəni görən zaman bir-birinə deyəcəklər: Əgər İmamın ordusu belədirsə, özü görəsən necədir? Ona görə də qapıları üzlərinə açacaqlar”. 9. Buludun səsi. İmam Sadiq (ə) buyurur: “Nə zaman Həzrət Məhdi (ə) axəril-zamanda zühur edəcək, başının üstündə bulud hərəkət edəcəkdir. Hara getsə, həmin bulud da gedəcəkdir. Həzrəti günəş nurundan qoruyacaqdır. Aşkar səslə nida verəcəkdir: Bu Məhdidir (ə)”. /Deyerler.org/ Oxşar xəbərlər
|