Günah – şeytanın (lən) oxudur. Təqva – insanın qalxanıdır
Allah Təala bizə çox yaxındır. “Biz ona şah damarından da yaxınıq”. (“Qaf” 16). Lakin biz Allahdan bir o qədər uzağıq. Allah bizə yaxındır, lakin biz Ondan uzağıq. Məkan baxımından deyil, çünki Allahın məkanı yoxdur. Varlıq rütbəsinə görə uzağıq. (Tebyan)Min voltluq işıq başqa işıqlardan daha çox nura malikdir. Halbuki, ondan zəif voltda olanların nuru min voltluq işığı əhatə etməz. Əksinə, min voltluq işıq o biri işıqları öz nuru ilə əhatə edər. Əgər insan elm kəsb etmək üçün səy göstərərsə, gərək lazımi istedada malik olsun. Bu istedadından həmin hədəfə çatmaqda istifadə etsin. Onu yersiz yerə xərcləməsin. Lazım olanları hazır edəndən sonra təhsilinə davam etsin. O insan ki, Allaha iman gətirər, onun ən mühüm hədəfi bu olmalıdır ki, İlahi qürbə yaxınlaşsın. Bunun üçün də Sübhan Allahı yaxşı tanımalı, Onun haqqında lazımlı məlumata malik olmalıdır. İnsan bir insan olaraq, Onun yolunda səy göstərməlidir, çünki ancaq Allah buna layiqdir. Ona görə də bu hədəfə çatmaq üçün insan gərək bütün əzmini və iradəsini toplasın və bu hədəfinə çatmaq üçün ona lazım olan vasitələri hazır edərək, öz səyini elə tənzim etsin ki, bu vasitələr onu hədəfinə çatdıra bilsinlər. Qurani-Kərim bu haqda buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız”. (“Maidə” 35). Bu ayədə möminlərdən istənilmişdir ki, üç iş görsünlər: 1. İlahi təvqaya riayət etsinlər. 2. Allaha yaxınlaşmaq üçün vasitə axtarsınlar. 3. Allah yolunda cihad etsinlər. Yəni, insan ilk mərhələdə gərək elə bir qalxana malik olsun ki, Allahın itaətini yerinə yetirsin. Günah - şeytan tərəfindən insana tuşlanan oxa bənzəyər və insan təqva qalxanı ilə onun zərbəsindən qorunar. Şeytan (lən) həmişə pusqudadır. “Ey Adəm övladları, məbada şeytan ata və ananızı cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.)”. (“Əraf” 27). Bəli, şeytan daima pusqudadır. Ona görə də yanımızda həmişə qalxan olmalıdır. /Deyerler.org/ Oxşar xəbərlər
|