Təvəkkül 3 cürdür: etiqadda, yardımda, hacətdə
Nə zaman çətinliyə düşsək, fikir tərzimizə və əməllərimizə diqqət edib görürük ki, Allahı nə qədər zəif hesab etmişik.
Halbuki, zahirdə Onu qüdrətli və əzəmətli hesab edirik. Lakin batində tamamilə başqa cür əməl edirik. (Tebyan)Bu, o Allahdır ki, ürəyimizdə ona etiqad bəsləyirik. Ancaq əməldə hüzurunu və iştirakını rəngsiz bilirik. Yəni, təvəkkül həqiqi mənada həyatımıza daxil olmamışdır. Allah buyurur: “Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz”. (“Zumər” 36). Loğman övladına nəsihət verən zaman buyurur: “Ey oğlum! Kim Allahın sorağını alsa, Onu tapmaz ki? Kim Allaha pənah aparsa, ancaq Allah onu müdafiə etməz ki? Kim Allaha təvəkkül etsə, ancaq Allah ona kifayət etməz ki?”. Feyz Kaşanı buyurur ki, təvəkkül üç cürdür: “Biri odur ki, sən Allaha etiqad bəsləyəsən və bu zaman sənə təqdir olunan sənə çatar. İkincisi - yardım və köməyə görədir. Əgər sən Haqq yolunda yardım etmisənsə və ya bu yolda vuruşmusansa, Allahın yardımına inamın olsun. Üçüncüsü isə budur ki, ruzi və hacət zamanı təvəkkül edəsən. Allah Təala zəmanət verir ki, bu zaman sənin ibadətin və itaətin üçün lazım olan xidməti hazır edəcəkdir. Ona görə də hər kimin təvəkkülü olmazsa, ibadətdə istər-istəməz diqqəti başqa yerə gedər. Loğman oğluna nəsihət verən zaman buyurur: “Ey oğlum! İnsanların əlində olandan məyus ol və Allahın vədinə etimad et! Sənə vacib buyurduğuna görə çalış və bütün işlərində Allaha təvəkkül et ki, kifayət edər”. İmam Rzaya (ə) təvəkkülün ölçüsü haqqında sual verirlər və Həzrət (ə) buyurur: “Allahdan başqasından qorxmamaq”. Səmaə ibni Mehran nəql edir ki, İmam Sadiqin (ə) xidmətində idim və Həzrətin (ə) dostları da orada idi. Ağıl və cəhalətdən söz düşdü və Həzrət (ə) öz səhabələrinə buyurdu: “Ağlı orudusu ilə, cəhaləti də ordusu ilə tanıyın ki, hidayət olasınız. Allaha təvəkkül və (bunun) qarşısında hərislik durur”. Əgər varlığımızda hərislik hiss ediriksə, deməli təvəkkül hissimiz zəifdir. İmam Əli (ə) buyurur: “Hər kim sabahkı günün ruzisinin qəmini çəkər, heç bir zaman xilas olmaz”. Bu böhrandan nicat yolu – ruzi qanununa etiqad bəsləməkdədir. Hər kəs bilir ki, sabahın ruzisi sabah gələr. Ona görə də bu gün onun olmamasına görə nigaran olmasın. İnsanın öz həyatından narazı olmasının səbəblərindən biri budur ki, bütün ömrünün qəmini bir halda çəkər. Bu zaman indiki zamanı dözülməz və əziyyətverici olar. İndi və bu gün bütün ömrün qəmini çəkməyə dəyməz. Şübhəsiz ki, bu insanlar mütləq ruhi xəstəliklərə düçar olarlar. Nəticədə bu dünyalarını da cəhənnəmə çevirərlər. Çalışqan insan sabahına görə nigaran olmamalıdır. Allaha təvəkkül edərək, səyini davam etdirməlidir. İnsan elə bilir ki, rahat yaşaması üçün daha çox pul qazanmalıdır. Nəticədə bu meyl insanı daha çox xərcləmək və daha çox şeylər istəmək kimi həvəslərə gətirib çıxardar. İnsan bütün qüvvəsini bu yolda xərcləməyə başlayar. Elə bilər ki, bu yolla daha çox ruzi qazana biləcəkdir. Məgər hərislik insanın ruzisini artıra bilərmi? İnsan hər nə qədər həris olarsa, o qədər də rahatlıq və hüzurdan uzaqlaşar. Hərisin getdiyi yol, onu rahatlıq vadisinə çatdırmaz. Nəinki ondan faydalanmaz, bəlkə əlində olduqlarını belə itirə bilər. Həris insan dünya və axirət ləzzətindən məhrum olar. İmam Sadiq (ə) buyurur: “Əgər insanın ruzisi bölünübsə, hərislik nə üçündür?”. Cəbrayil (ə) təvəkkülü bu cür mənalandırmışdır: “Bunu bilmək ki, məxluq nə ziyan vurur və nə də fayda verir, nə bir şey verir və nə də bir şeyin qarşısını ala bilir və insanlardan ümid gözünü çəkməkdir”. Allah Təala bizləri təvəkkül əhlindən qərar versin. /Deyerler.org/ Oxşar xəbərlər
|