İnsanların ən pisi – söz gəzdirənlərdir
Mьəllif: admin1
Tarix: 14-03-2021, 10:17
İnsanların ən pisi – söz gəzdirənlərdir

Bu müasir həyatda insanların psixoloji problemləri artmışdır. Hər kəs daxilində olanları bayıra tökmək istəyir.

Hədislərin bəzisi bizlərə tövsiyə edir ki, ürəyimizdə söz ağırlıq edən zaman onu quyuya deyək. İmam Sadiq (ə) və İmam Baqirin (ə) xüsusi səhabəsi olan Cabir ibni Cəfi nəql edir:

“Həzrət Baqir (ə) mənə min hədis və sirr söyləmişdir ki, mən indiyə qədər heç kəsə deməmişəm. Bundan sonra da heç kəsə deməyəcəyəm.

Mən İmama (ə) dedim: “Qurban olum, siz mənə çox ağır bir yük yüklədiniz. Mənə söylədiyiniz sirri mən heç kəsə deyə bilmərəm. Sinəmdə onları danışmadığım üçün elə bir hərəkət əmələ gəlir ki, dəliliyə bənzəyir”.

Həzrət (ə) buyurdu: “Ey Cabir! Səndə bu cür hal olan zaman evindən çıx və səhraya tərəf get. Yerdə bir çuxur qaz və başını ora salıb de: “Muhəmməd ibni Əli (ə) məni bu sözlərdən agah etmişdir”. Həmin çuxuru səni yoran sirlərdən agah et””.

Lakin biz insanlar nə edirik? Sinəmizdə söz ağırlıq edən zaman dost və tanışlarımızın sorağına gedirik. Sözlərimizi ona deyirik.

Bu sözləri onun yanında əmanət qoyuruq. Bu insanlar isə bir sıra hallarda həmin əmanətə xəyanət edir və onu başqalarına çatdırırlar.

Nəql edilir ki, bir nəfər Əli ibni Hüseynə (ə) belə deyir ki, filan şəxs sizin haqqınızda belə sözlər deyir. Həzrət (ə) buyurur: “Qardaşlıq haqqını yerinə yetirməmisən. O, səni əmin bildiyi halda sən ona xəyanət etmisən. Bizim hörmətimizi də saxlamamısan.

Biz səndən elə söz eşitdik ki, onu eşitməyə ehtiyacımız yox idi. Məgər bilmirsən ki, söz gəzdirənlər cəhənnəm itləridir? Qardaşına de ki, ölüm bizim hamımız üçündür. Qiyamət günü bizim vədə günümüzdür və Allah həmin günü aramızda hökm verəcəkdir”.

Söz gəzdirmək cəmiyyətə böyük ziyan vuran bəlalardandır. Ona görə də dinimizi ən çox məzəmmət etdiyi günahlardan biri də söz gəzdirməkdir. İslamın nəzərinə görə, bu günah o qədər qəbahətli və çirkindir ki, onlar cəmiyyətin ən pis insanları kimi tanıdılmışdılar.

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, səhabələrinə belə buyurur: “Sizi ən pis insandan agah edimmi?”. Dedilər: “Bəli”. Buyurdu:“O kəs ki, söz gəzdirər və dostlar arasına ayrılıq salar. İffətli insanların eybini axtarar”.

İmam Əli (ə) buyurur: “Söz gəzdirməkdən uzaq olun ki, o ürəkdə kin əkər və insanı Allahdan və xəlqdən uzaqlaşdırar”.

İmam Əli (ə) yenə buyurur: “Hər kimin işi söz gəzdirmək olar, qohumları onunla vuruşar və özgələr düşmən olar”.

Beləliklə deyə bilərik ki, söz gəzdirmək ən böyük günahlardan biridir ki, cəmiyyətə böyük zərbə vurar və insanlar arasında olan etimadı aradan aparar.

Söz gəzdirməyin səbəbləri həsəd, həqarət hissi, düşmənçilik, insanların malına göz dikmək, yersiz danışmağı sevmək kimi amillər ola bilər.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930