İmam Mehdinin (ə.f) zühurdan sonra neçə səhabəsi olacaq?
Bir çox hədislərə əsasən, İmam Mehdinin (ə.f) Bədrdə döyüşən səhabələrin sayı qədər, yəni 313 nəfər səhabəsi olacaq.[1] Bəzi hədislərdə də bildirilir ki, İmam Mehdinin (ə.f) zühurdan sonra on minədək səhabəsi olacaq. İmam Baqir (ə) buyurmuşdur: “İmam Mehdinin (ə.f) ətrafında on min nəfər toplandıqdan sonra yer üzündə Allahdan başqa məbud qalmaz...”[2] Şeyx Tusi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misir, Şam və İraqdan gələnlər var...”[3] İbn Tavus öz kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını qeyd etmişdir. Nömani nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var”.[4] Müfəzzəl ibn Ömər İmam Sadiqə (ə) istinadən bildirib ki, Qaimin (ə) səhabələri arasında on üç nəfər qadın da var.[5] Bəzi hədislərdə bildirilir ki, həzrətin əlli qadın səhabəsi həmin 313 nəfərdəndir. Cabir ibn Yezid Cövfi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar...”[6] Mərhum Məclisi nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: “Ərəblərdən uzaq ol, çünki onlar üçün bu xəbər acıdır. Bil ki, Qaimlə ərəbdən bir nəfər də olsun ortaya çıxmayacaq”.[7] Amma bu hədisin sənədləri mötəbər deyil. Çünki Şeyx Tusinin nəql etdiyi hədisdə bildirildi ki, imama beyət edənlər arasında Misir, Şam və İraqdan gələnlər olacaq.[8] Oxşar xəbərlər
|