Allah niyə insanlar üçün təhlükəli olan şeylər xəlq etmişdir?
Ustad Möhsün Qəraətidən maraqlı suallara cavablar Qurani-Kərimdə buyurulur: “Allah hər nə xəlq etmişdir, gözəl xəlq etmişdir” (“Səcdə” surəsi 7). Hətta ilanın bədənində olan zəhər belə gözəldir. Müalicə vasitəsidir. Ancaq bizim üçün öldürücüdür. Necə ki, bizim ağız suyumuz ağzımızda gözəldir, ancaq başqa birisinə atası olsaq, təhqir hesab edilər. Görəsən idarə etmək üçün təqva kifayətdirmi? Ustad Möhsün Qəraətidən maraqlı suallara cavablar Quranda oxuyuruq: “(Xoş) tale isə təqvalılar üçündür”. (“Əraf” surəsi, 128). Təqvanın mənası nicat vermədir, zəiflik və gücsüzlük deyildir. İdarə etməyin ləyaqət və xüsusi səlahiyyətlərə ehtiyacı vardır. Quran buyurur: “Biz “Tövrat”dan əlavə “Zəbur”da da yazmışıq ki, həqiqətən, yer üzünə saleh bəndələr varis olacaqlar” (“Ənbiya” surəsi, 105). Bu varislərin iki şərti vardır: biri Allah bəndəsi olmaqdır ki, həmin İlahi təqvadır. Digər şərt - həmin ləyaqətə və müdriyyətə malik olmaq səlahiyyəti olmalıdır. Ona görə də o ayələr ki, buyurur, son qələbə təqvalılar üçündür, bu ayənin yanında mənalandırılmalıdır. Bəli, o zaman ki, nəyisə İslamla bağlamaq istəyiriksə, Quran ayələrinə bir-birinin yanında nəzər salmalıyıq. Bundan başqa, Həzrət Peyğəmbər (s) və Məsum İmamlardan (ə) gələn hədislərə də baxmalıyıq ki, bir nəticəyə çata bilək. Yaxşı olmaq üçün həkimin verdiyi bütün dərmanları içmək lazımdır və əgər onların bəzisini içib, bəzisini də içməsək ola bilsin ki, gec sağalaq və ya başqa bir xəstəliyə düçar olaq. Allah da Quranda o kəsləri ki, Quranın bəzi ayələrinə iman gətirib, bəzilərinə gətirməyibdir, kəskin surətdə tənqid etmişdir. Hansı məktəb bəzi şagirdlərə ki, dərs oxuyur və bəzisi ki, oxumur qiymət və ya attestat verir? Hansı dövlət o işçisinə ki, bəzi işləri görür və bəzisini görmür maaş verir? /Deyerler.org/ Oxşar xəbərlər
|