İmam Mehdinin (ə.f) zühurunu haradan biləcəyik?
Mьəllif: admin1
Tarix: 13-11-2021, 11:02
İmam Mehdinin (ə.f) zühurunu haradan biləcəyik?
Biz xilaskarı qeyri-müəyyən yox, kоnkret bir şəxs kimi tanıyırıq. Yəni inanırıq ki, İmam Həsən Əskərinin (ə) Mehdi (ə.f) adlı övladı məlum zahiri və batini xüsusiyyətlərlə zühur edəcək.

Bu səbəbdən də onu kimsə ilə səhv salmağımız mümkün deyil. Bundan əlavə, möcüzə də o Həzrətin vücudunu təsdiqləyir.

Əhli-beytdən (ə) olan məsum imamların hər biri İmam Mehdinin (ə.f) xüsusiyyətlərini qeyd etmişdir.

Əlbəttə, bu inancdan sui-istifadə də edilə bilər. Necə ki peyğəmbərlik məqamından sui-istifadə edilmişdir.

Əsrin İmamını Peyğəmbər (s) və məsum imamlar (ə) tərəfindən qeyd edilmiş xüsusiyyətlərlə tanımaq bizim vəzifəmizdir.

Yalnız belə bir tanışlıq sayəsində fırıldaqçılara aldanmarıq.
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930