Kimlər şəhid kimi dünyadan gedəcəklər?
Mьəllif: admin1
Tarix: 6-06-2019, 11:18
Kimlər şəhid kimi dünyadan gedəcəklər?
Şəhadət günahların bağışlanmasına səbəb olar. Şəhid qəbir sualından azaddır. Behiştdə hurilərlə yoldaş olar. Şəhidin şəfaət haqqı vardır. Şəhidlər behiştə daxil olan ilk insanlardırlar və hamı onlara qibtə edər.

İnsan o zaman bir şeyi həqiqətən istəyər ki, onu tamamilə tanısın və onun haqqında mərifəti olsun. Bəzən bu istək həqiqi istək olmur. Bu istək bəzən daxili həyəcana görə olur.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən şərəfli ölüm - şəhadətdir”.

Bəs şəhid olmaq üçün ancaq döyüş meydanına getmək lazımdır, yoxsa başqa yollar da mövcuddur?

Əlbəttə şəhid olmağın ən gözəl halı öz qanına boyanmaqdır. İndiki, bizim elə imkanımız yoxdur, şəhadət qapılarını necə aça bilərik?

Şəhadətin iki halı vardır: biri budur ki, Allah yolunda və müqəddəs hədəf yolunda olsun. İnsan öz canını hədəfinə görə qurban vermək istəyər. Biri də odur ki, agahcasına baş verər.

Quran ayələri və hədislərə görə iman və əqidəyə malik olan insanlar əgər həqiqət yoluna qədəm basarlarsa və elə həmin yolda dünyadan gedərlərsə, şəhid hesab olunarlar. Əcrləri də şəhidlərin əcri kimidir. Lakin döyüşdə şəhid olanlardan fərqli olaraq, kəfənlənməsi və qüsl verilməsi zəruridir.

Hədislərdə oxuyuruq ki, əgər insan Əhli-beytə (ə) məhəbbət bəsləyərək ölərsə, dünyadan şəhid getmiş olar. Bağışlanar və kamil imanla dünyadan gedər.

Həmçinin başqa bir hədisdə oxuyuruq: “Mömin hər hal və zamanda ölərsə, şəhiddir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər insan elə yaşasa ki, başqaları ondan əziyyət görməz və insanlarla mehriban halda dünyadan gedərsə, dünyadan şəhid getmiş olar”.

Başqa bir hədisdə oxuyuruq: “Hər kim elm kəsb etmək yolunda ölərsə, şəhid ölmüş olar”.

Yenə də oxuyuruq: “Əgər insan dəstəmazlı yatarsa və ölümü yuxuda gəlib çatarsa, Allah yanında şəhiddir”.

Hədisdə oxuyuruq: “Əgər mömin insan xəstəlik yatağında ölərsə şəhidlərin zümrəsindən hesab olunar”.

Beləliklə deyə bilərik ki, şəhadət məqamına iman və təqva ilə çatmaq olar. Əgər insan Allah yolunda hərəkət edərsə və insanlığın yüksək mərhələsinə çatıbsa, şəhadət ona nəsib olan ən az şeydir. Axirətdə İlahi qürb məqamı onu gözləyir.

Şəhadəti arzu etmək - ən gözəl ölümü arzu etməkdir. Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq imanlı insanın hünəri budur ki, ən gözəl seçimlə bu dünyadan getsin.

Şəhid o kəsdir ki, böyük ruha malikdir. Hədəfi müqəddəsdir. O kəsdir ki, öz mənfəəti üçün iş görməmişdir. O kəsdir ki, haqq və həqiqət yolunda addım atmışdır.
Fəqihlərin nəzərinə görə iki kəsə şəhidlik aid edilər.

1. Həqiqi şəhid o kəsdir ki, tövhid və İslam ümmətini qorumaq üçün canından keçər.

2. Hökmü şəhid o mömindür ki, bəzi xəstəliklərə görə can vermişdir. Ya o qadın ki, hamilə və ya doğuş zamanı ölmüşdür. Hökmü şəhidin qüsl və kəfənə ehtiyacı vardır. Lakin həqiqi şəhidin buna ehtiyacı yoxdur.

Şəhadət elə bir məqamdır ki, Allah onu o kəslərə nəsib edir ki, bu qabiliyyətə malikdirlər. Yəni, həqiqətən təqva əhlidirlər. Aşiqcəsinə onu istəyirlər.

Əgər insan şəhidin əcrinə malik olmaq istəyirsə, ən yaxşı yolu budur ki, ali hədəflərin ardıcılı olsun. Ali hədəflərin həyata keçməsi üçün çalışsın.

Bu hədəf yolunda addımlar atsın. Necə ki, şəhidlər qısa müddət ərzində öz vəzifələrinə əməl etmiş və ümmətin namusunu qorumağa çalışmışdılar. Biz də gərək öz vəzifəmizi tanıyaq və ona əməl edək.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930