Asiya xanım – Həzrət Xədicənin (s.ə) behiştdəki həmdəmidir
Mьəllif: admin1
Tarix: 9-12-2017, 14:15
Asiya xanım – Həzrət Xədicənin (s.ə) behiştdəki həmdəmidir

Quranın buyurduğu kimi Asiya Fironun həyat yoldaşı olmuşdur. O Fironun ki, özünü tanrı adlanıdırırdı. “Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi)”. (“Naziat” 24).

Halbuki, Fironun xanımı Asiya tək olan Allaha iman gətirir və haqq yolunu tapır. Allah ona nicat verir. Fironun sarayında yaşamaq onun imanına heç bir təsir qoymur, çünki xanımın imanı çox güclü idi. “Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»”. (“Təhrim” 11).

Asiya Quran ayələrinə və hədislərə görə Həzrət Musanın (ə) himayəçisi olmuşdur. “Və Fironun zövcəsi dedi: «(Bu körpə) mənim və sənin gözünün işığıdır. Onu öldürməyin, bəlkə (gələcəkdə) bizə bir xeyri olar, yaxud onu oğulluğa götürərik». Onlar (işin aqibətindən) xəbərsiz idilər”. (“Qəsəs” 9).

Bu ayədən görüdüyü kimi, Firon körpənin Nilə atılmasından və sandığa qoyulmasından başa düşmüşdü ki, o, Bəni-İsrayildən olan bir körpədir. Həmin dövrdə Bəni-İsrayildən olan bir nəfərin qiyam etməsi onu qəzəbləndirmiş və əmr etmişdi ki, bütün körpələri öldürsünlər. Bu körpəni tapan zaman saray əhli etiraz edir və deyir ki, bu körpənin başqalarından nə fərqi var ki? Onu da öldürün. Lakin Asiya bütün varlığı ilə bu körpəni himayə etdi və nəticədə qalib gəldi. Əgər Fironun qızının şəfa tapması hekayəsini də yada salsaq, Asiyanın niyə qalib gəldiyini aydın başa düşərik.

Asiya Fironun zülmündən və işgəncəsindən Allaha pənah aparıb, Ondan istədi ki, Öz yanında onun üçün ev tiksin. O, özünün behiştdəki yerini müşahidə edir və ruhunu təslim edir, şəhid olur.

Hədislərdə də Asiya haqqında gələn xəbərlər müsbətdir. Həzrət Peyğəmbər (s) başqa üç behişt xanımının yanında onun da adını çəkmiş və onları ən üstün qadınlar kimi tanıtmışdır. Həzrət Peyğəmbər (s) buyurur ki, Asiya da Məryəm (s.ə), Xədicə (s.ə), Fatimə (s.ə) kimi kamalın ən yüksək dərəcəsinə çatmışdı.

Nəql edilir ki, Asiya – Həvva, Məryəm və Musanın (ə) anası ilə bir yerdə Kəbəyə daxil olub Fatimə binti Əsədin doğumuna yardım etmişdilər. Həzrət Əli (ə) dünyaya gələn zaman parçaya büküb, anasına vermişdi. Fatimə (s.ə) də dünyaya gələn zaman Asiya Sara, Məryəm və Musanın (ə) bacısı ilə bir yerdə Xədicənin doğumuna yardım etmək üçün gəlmişdilər.

Asiya behiştdə Həzrət Xədicənin (s.ə) həmdəmi və Peyğəmbərin (s) behişt xanımlarından hesab edilir. Nəql edilir ki, Xədicə (s.ə) vəfat etdiyi zaman Həzrət Rəsul (s) ona buyurur: “O zaman ki, mənim behişt xanımlarımın: Məryəmin, Musanın bacısı Gülsümün, Fironun arvadı Asiyanın yanına getdin, mənim salamımı onlara çatdır”.

İmam Hüseyn (ə) Əmirəl-möminini (ə) dəfn edən zaman Asiyanı, Həzrət Fatimə (s.ə,) Həvva, Məryəmlə bir yerdə ağlayan halda müşahidə edir. Peyğəmbərdən (s) nəql edilir ki, Həvva Qiyamət günü Asiya ilə bir yerdə 70 min mələklə Fatiməni (s.ə) qarşılamağa gələcəkdir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930