Həzrət Zəhranın (s.ə) son anları
Hər bir müsəlman bilmək istəyər ki, Həzrət Peyğəmbərin (s) əziz qızının son anları necə keçmişdir. Vəsiyyətini edə bilmişdirmi? Onun cənazəsinə gələnlər olmuşdurmu? Nəql edilir ki, Həzrət Zəhra (s.ə) atasını itirəndən sonra gözü yaşlı gəzirdi. Bədəni çox zəif düşmüşdü. Tez-tez özündən gedirdi. Həzrət Hüseynə (ə) buyurur: “Sizi həmişə əziz tutan və qucağına alan atanız (yəni, babanız) haradadır? Haradadır o babanız ki, hər bir insandan sizə qarşı daha mehriban idi? Qoymazdı ki, yer üzərində yol gedəsiniz. Çox təəssüf ki, bir daha babanız bu evə gəlməyəcək və sizi çiyninə almayacaqdır. Halbuki, bu işi həmişə görərdi”. Xanım (s.ə) xəstə yatağına düşür və 40 gün ağır yatır. İmam Əli (ə) buyurur: “Ey Allah Rəsulunun (s) qızı! O şeyi ki, istəyirsən, mənə vəsiyyət et!”. İmam (ə) Xanımın (s.ə) başının yanında əyləşdi və otaqda olanları bayıra çıxartdı. Onlar bir yerdə ağladılar. İmam (ə) Xanımın (s.ə) başını sinəsinə qoydu və buyurdu: “İndi öz vəsiyyətini mənə de ki, ona uyğun rəftar edim. Sənin göstərişini öz işlərimdən üstün bilirəm”. Xanım (s.ə) buyurdu: “Ey Allahın Rəsulunun (s) əmisi oğlu! Allah mənim tərəfimdən sənə ən yaxşı savabı versin”. Sonra buyurdu: 1. Məndən sonra bacım Zeynəbin qızı ilə evlən. 2. Mənim üçün tabut düzəlt. 3. O kəslər ki, mənim haqqıma zülm ediblər və haqqımı qəsb ediblər, cənazəmdə olmasınlar. 4. O kəslər ki, mənə zülm ediblər və onların davamçılarının heç biri cənazə namazımda olmasınlar. 5. Cənazəmi o zaman ki, insanlar yuxuya gedəcək, gecəyarısı torpağa tapşır”. Xanım (s.ə) Əsmaya belə buyurur: “Bir qədər səbir et və məni gözlə. Sonra məni səslə, əgər sənin cavabını verməsəm, bil ki, atama qovuşmuşam”. Əsma da bu cür edir və bir qədər gözləyir. Sonra Xanımı (s.ə) səsləyir və cavab eşitmir. Xanımın (s.ə) üzərində olan örtüyü qaldırır və başa düşür ki, Xanım (s.ə) dünyasını dəyişibdir. Çox pərişan olub, özünü Xanımın (s.ə) üstünə atır və onu öpməyə başlayır. Deyir: “Ey Fatimə! O zaman ki, atan Rəsulun (s) yanına getdin, mənim də salamımı ona çatdır!”. Sonra evdən bayıra qaçdı və İmamı (ə) çağırmağa getdi. Mədinə şəhəri qəmə qərq olmuşdu və hamı dəstə-dəstə İmamın (ə) evinə tələsirdilər. Ağlayaraq cənazə mərasimini gözləyirdilər. Xanımın (s.ə) pak cənazəsi üçün namaz qılmaq istəyirdilər. Amma Əbuzər bayıra çıxdı və insanlarla belə xitab etdi: “İndi gedin, çünki Allahın Rəsulunun (s) qızının cənazəsi bu axşam təxirə düşübdür”. İnsanlar qalxdılar və evlərinə getdilər. Mədinə yuxuya gedən zaman Əmirəl-möminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), Əmmar, Miqdad, Əqil, Zübeyr, Əbuzər, Salman və Həzrətin xüsusi dostları İmam Əlinin (ə) kəfələndiyi cənazəni tabuta qoyub, evdən çıxartdılar. Namaz qıldılar və gecə yarısı onu torpağa tapşırdılar. İmam Əli (ə) həmin qəbrin yaxınlığında yeddi qəbir qazdı ki, heç kəs bu qəbri tapa bilməsin. Oxşar xəbərlər
|