Əhli-Beytin (ə) şadlığına şad olmaq, qəminə qəmli olmaq
Bəşərin çox sayda ehtiyacları vardır ki, onlardan biri də şad olmaq və sevinməsidir. Hər bir insanın fitrətinə şad olmağa qarşı meyl qoyulmuşdu. Dinimiz bu batini meylimizlə müxalif deyildir. Hətta bəzi hallarda onu tərifləyir və mədh edir.
İmam Əli (ə) buyurur: “Həqiqətən, bu ürəklər qəmgin olar, necə ki, bədənlər qəmgin olar. Onlar üçün təzə hikmət istəyin”. Yəni, necə ki, bədən yorulur və istirahət etməyə ehtiyac duyur, insanın can və ruhu da həyatın hadisələri qarşısında yorulur və qəmgin olur. Ona görə də ruhu bəyənilən və təzə hikmətlər söyləyərək şad etmək lazımdır. Şad olmaq əslində xarici hadisələrə verilən reaksiyadır. İnsan bu hadisələrlə üzləşən zaman öz daxili halını nümayiş etdirər. Necə ki, Əmirəl-möminin Peyğəmbər (s) haqqında belə buyurardı: “Peyğəmbərin (s) üslubu belə idi, nə zaman öz səhabələrini qəmgin görsə idi, onu zarafatla sevindirərdi. Davamlı olaraq belə buyurardı ki, Allah turşudulmuş və yığılmış üzə qəzəblənər”. Hədislərə nəzər salanda görürük ki, insanları şadlandırmaq – mədh edilən əməllərdəndir. Hətta möminin şad edilməsi Allahı şad etməyə bərabər hesab edilmişdir. İmam Sadiq (ə) buyurur: “Hər kim mömini şad edər, məni şad etmiş olar. Hər kim məni şad edər, Allahın Rəsulunu (s) şad etmiş olar. Hər kim Allahın Rəsulunu (s) şad edər, Allahı sevindirmiş olar. Allahın şad olması ilə onu behiştə daxil edər”. Bəli, mömini şad etmək Məsumları (ə) və Allahı şad etmək deməkdir. Quran bu haqda buyurur: “De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 58). İmam Səccaddan (ə) gələn duada oxuyuruq: “Kim Sənin məhəbbətinin şirinliyini dadıb, başqa birinin ardınca olar?”. İmam Səccad (ə) buyurur: “Səni Allah rizası üçün sevindirən kəsin sənin üzərindəki haqqı odur ki, əvvəl Allaha şükür edəsən ki, o, sənin şad olmağına səbəb olmuşdur. Sonra da həmin şəxsə təşəkkür edəsən”. Şad olmağı Allahın özündən öyrənmək lazımdır. “Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur”.(“Nəcm” 43). Amma şad etmək qətiyyən yalanla bir yerdə olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Vay o kəsə ki, söz desin və sözü yalan olsun, bir dəstə də ondan gülsünlər. Vay olsun ona, vay olsun ona, vay olsun ona!”. Şadlığın və qəmin mənbəyi – Əhli-Beytdir (ə). Əhli-beytdən (ə) gələn hədisdə oxuyuruq: “Bizim şadlığımızda şaddırlar, qəmimizdə narahatdırlar”. İslam dini buyurur ki, hər bir əməldə etidala riayət edin. Eləcə də şadlanmaqda da o cür. Yadımızda olsun ki, dünya çətinliklərlə doludur. Əgər biz özümüzü kiçik sevinclərdən məhrum etsək, çətinliklərlə mübarizə aparmaq üçün taqətimiz qalmaz. /Deyerler/ Oxşar xəbərlər
|