Batil niyyətlə öyrənilən elm insanı cəhənnəmə aparar
Həzrət Peyğəmbər (s) buyurur: "Elm öyrənmək hər bir müsəlmana vacibdir, ona görə də elmi öz yerindən və əhlindən istəyin”.
Həzrət Peyğəmbər (s) buyurur: "Zülqərneynin vəsiyyətlərindən biri bu idi ki, elmi öz biliyindən bəhrələnməmiş kəsdən öyrənmə, çünki o elm ki, özünə fayda verməyib, sənə də fayda verməz”. Həzrət Peyğəmbər (s) buyurur: "Elmi alimlərin yanında qürurlanmaq, səfehlərlə mübahisə etmək, məclisdə riya etmək və insanların diqqətini özünə cəlb etmək, məqam istəmək stimulu ilə öyrənməyin. Çünki hər kim belə etsə, atəşdədir”. İmam Əli (ə) buyurur: "Ey insanlar! Elm öz əhlinin yanında toplanmışdır. Sizin vəzifəniz budur ki, onu əhlində axtarasınız”. İmam Rza (ə) buyurur: "O kəsin ki, elmi yoxdur, gərək öyrənməkdən xəcalət çəkməsin”. İmam Həsən (ə) övladlarını və qardaşı övladlarını toplayıb buyurur: "O gün gəlib çatmışdır ki, başqa ailələrin böyükləri olasınız. Ona görə də elm öyrənin və sizlərdən hər kim elmini hifz edə bilməsə, onu yazsın və mənzilində saxlasın. Lazım olan vaxt ondan bəhrələnsin”. Həzrət Peyğəmbər (s) buyurur: "Ən yaxşı sədəqə budur ki, insan bir elmi bilsin və onu qardaşına öyrətsin”. İmam Baqir (ə) buyurur: "Elm - xəzinədir və açarı sualdır. Ona görə də soruşun. Çünki elmə görə dörd nəfərə mükafat veriləcəkdir: soruşan, cavab verən, eşidən, onu istəyən”. İmam Baqir (ə) buyurur: "Elmin zəkatı odur ki, onu Allah bəndələrinə öyrədəsən”. İmam Sadiq (ə) müəllimə buyurur: "Təlim üçün pul alma, şagirdlər elm öyrənən zaman sənin üçün eyni olsunlar. Bəzilərini bəzilərindən üstün bilmə”. /Deyerler.org/ Oxşar xəbərlər
|