Elm əməl ilə bir yerdə olmazsa, insanı Allaha yaxınlaşdırmaz
Mьəllif: admin1
Tarix: 5-02-2018, 22:34
Elm əməl ilə bir yerdə olmazsa, insanı Allaha yaxınlaşdırmaz

Tebyan saytına istinadən, İslam dinində elm və biliyin özünəməxsus yeri vardır. Alimlərin məqamı dinimizdə ucadır. “Ey iman gətirənlər, sizə:

«Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır”. (“Mücadilə” 11).

Əgər elm əməl ilə bir yerdə olmazsa, insanı Allaha yaxınlaşdırmaz. Elm o zaman dəyərli olar ki, əməldə həyata keçirilər. İslamın nəzərində əgər elm əməldə özünü göstərməzsə, alimin üzərində vəbalı olar. Bu cür alimlər xidmət yerinə xəyanət etmiş olarlar. Quranda bununla bağlı gələn bəzi ayələrə nəzər salaq.

“Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu.

Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu”. (“Əraf” 175-176).

Qurani-Kərim bu insanın adını çəkməsə də, hədislərdən belə başa düşmək olur ki, bu insan Musanın (ə) zamanında yaşamış Bələm Bauradır. O, Bəni-İsrayilin məşhur alimlərindən olmuşdur.

O qədər bilikli insan idi ki, elmi onun dərisinə qədər hopmuşdu. Lakin anidən yönünü çevirib başqa tərəfə apardı. Pis əməl sahibi olan bu alim o yerə gəlib çatır ki, şeytan onun ardınca düşür. Çünki o çoxlu elmi ilə şeytanın ardıcılı olmağa ehtiyac duymur. Ola bilsin ki, hətta şeytanın müəllimi belə olmuşdur.

Bu cür alimlər itə bənzədilir. Belə ki, Quran buyurur: “Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər”. (“Əraf” 176).

Başqa bir ayədə elminə əməl etməyən alimlər haqqında oxuyuruq: “Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri) neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər. Allahın ayələrini (Tövratın buyruqlarına qarşı çıxmaqla) təkzib və inkar edənlər barədə (çəkilən məsəl) necə də pis məsəldir!”. (“Cümə” 5).

Bu alimlər Tövratı bildiklərinə baxmayaraq, ona əməl etmirdilər. Allah yuxarıdakı ayədə bu alimləri itə, lakin bu ayədə isə uluğa bənzədir. Ona görədir ki, Allah buyurur: “İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır. (Bəli, Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır”.(“Fatir” 28).

İmam Sadiq (ə) buyurur: “Alimlər dedikdə o insanlar nəzərdə tutulur ki, əməlləri sözləri ilə həmahəng olsun. O kəsin ki, dedikləri ilə etdikləri həmahəng olmaz - alim deyildir”.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930