İzzəti-nəfsin ən ali forması
Mьəllif: admin1
Tarix: 11-05-2023, 09:37
İzzəti-nəfsin ən ali forması
İzzəti-nəfs - insanın bəyənilmiş xüsusiyyətlərindən biri hesab edilir. İslam dini kəramət və izzəti-nəfsə xüsusi əhəmiyyət verir.

İmam Əli (ə) Müaviyyənin (lən) ordusunun Fərat çayına çatıb suyun yolunu bağlayan zaman buyurmuşdu: “Ölüm, məğlubiyyətlə yaşamaqdır.

Müaviyyənin ordusu bu əməl ilə sizi döyüşə dəvət edir. İndi iki yol ayrıcındasınız. Ya zillət və xar olub yerinizdə oturacaqsınız, ya da qılıncınızı qanla sirab edib, sudan içəcəksiniz. Ölüm, sizin məğlubiyyətlə yaşamağınızdır. Həyat sizin qalibiyyətlə olan ölümünüzdədir”.

Bu nurani kəlamlarda izzəti-nəfsin ən ali formasını müşahidə etmək olar. İzzəti-nəfs olmadan yaşamaq - ölümə bərabərdir. Əgər izzəti-nəfs olmazsa insanın yer üzündə yaşaması həyat deyildir.

İmam Əli (ə) oğluna yazdığı vəsiyyətnamədə buyurur: “Özünü hər hansı bir alçaq işə verməkdən əziz tut. Baxmayaraq ki, həmin iş səni istəklərinə çatdırar. Çünki şəxsiyyətindən əldə verdiklərinin əvəzini ala bilməzsən”.

İnsan bu həyatda əldən verdiklərinin bir çoxunu yenidən əldə edə bilir. Dünya malından tutmuş, bədən sağlamlığına qədər. Ancaq əgər nəfsi onu izzətdən zillətə tərəf çəkərsə, onun yerini başqa bir şeylə doldurmaq olmaz və geri qaytarmaq olmaz.

İmam (ə) buyurur: “O kəsin ki, daxili tamahı vardır, özünü həqir etmişdir. O kəs ki, narahatlıqlarını bildirər, öz zillətinə razı olar. O kəs ki, dilini özünə əmir və rəhbər edər, şəxsiyyətini tapdalamış olar”.

İmam (ə) buyurur: “Tamahkar zillət bəndinə giriftar olmuşdur”.

İmam (ə) buyurur: “Ölümə hə, ancaq alçaqlığa yox. Azla qənaət etməyə hə, ancaq başqalarına tərəf ehtiyac əlini uzatmağa yox”.

İmam (ə) buyurur: “Sənə əlaqəsi olan insana meylsiz olmağın - sənin dostluqdan az bəhrələnməyinə görədir. Sənə laqeyd olan birinə meyl etməyin - sənin xarlığının nəticəsidir.

Nəfsi əziz olan insanlar ən yoxsul vaxtlarda belə Allahdan başqa heç kimə əl açmazlar. Zalımın qarşısında dik və danışan dil ilə dayanarlar. Hətta əgər canları bahasına olsa belə. Çünki onlar zülmə razı olan deyildirlər”.

İmam (ə) buyurur: “Həmişə qəlbində iki təzadlı hissin olsun. Həmişə elə hiss et ki, insanlara daima möhtacsan. Yəni, insanlarla bir ehtiyacı olan kimi rəftar et. Eyni zamanda həmişə elə hiss et ki, insanlardan ehtiyacsızsan. Yəni, insanlarla ehtiyacı olmayan biri kimi rəftar et”.

Həzrət (ə) bu hədisdən sonra özü şərh verərək buyurur: “O mərhələdə ki, bir ehtiyacı olan kimi rəftar etməlisən, mülayim danışmağındır. O mərhələdə ki, ehtiyacsız olmalısan, təvazökarlıq yeri deyildir.

Abır və izzətini qorumaq zamanıdır. Bu zaman sənin heysiyyətindən söz gedir. O yerdə ki, hiss etsən ki, bir qədər mülayimlik göstərən zaman izzətini və heysiyyətini əldən gedə bilər, ehtiyaclı rəftar edə bilməzsən. Gərək bir laqeydin rəftarını göstərəsən”.

İlahi qürb yoluna qədəm basan əzizlər! Bu yolda izzəti nəfsi əldən verməyin. Əks halda bu yolda irəliləməyinizin mənası olmaz.

(Deyerler)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930