Cəhənnəmin gözü necə görür?
Quran cəhənnəmi elə təsvir edir ki, həyata malik olan, şüurlu bir varlıq kimi tanıdılır. Cəhənnəmin gözü vardır və onunla görər və danışar. Bəs bunu necə başa düşməli? Canlı olan hər bir varlığın, o cümlədən insandan tutmuş mələklərə qədər hamısının özünəməxsus şüurları vardır. Cəhənnəm də bir varlıq olduğu üçün həyata və şüura malikdir. Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olar ki, yer və göy başa düşür. Belə ki, İmam Sadiq (ə) buyurur: “Qəbrin hər yeri hər gün üç dəfə danışar”. Bir çox hədislər buyurur ki, heyvanlar və bitkilər Allaha təsbih deyirlər. Təsbihi demək üçün idrak və şüura ehtiyac vardır. Hər bir varlıq – Allahın təcəllisidir. Ona görə də Onun sifətlərinə malikdir. “Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o, deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur)”. (“Qaf” 30). Mərhum Təbərsi yazır: “Cəhənnəmin danışmağı ilə bağlı üç nəzər vardır. Birincisi budur ki, o, bənzətmə kimi verilmişdir. Cəhənnəm o qədər genişdir ki, hətta dolmadığını öz dili ilə etiraf edir. İkincisi budur ki, Allah cəhənnəm üçün danışmaq üzvü xəlq etmişdir və onunla danışır. Çünki Allah dərini və başqa bədən üzvlərini də dilə gətirəcəkdir. Üçüncü nəzər isə budur ki, cəhənnəm məmurlarına xitab olunur”. “Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o, (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir. Başın və (bədən) üzvlərin(in) dərisini soyandır. (Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni, Və (mal-dövlət) toplayıb qablarında (sandıqda, bankda və anbarda) yığıb saxlayanları”. (“Məaric” 15-18). Yəni, cəhənnəm atəşinin şöləsi – xüsusidir. Bədənin dərisini sürətlə yandırar. Haqdan üz döndərəni çağırar və həmçinin o kəsi ki, dünya malı toplayar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bilərəkdən mənə yalan qoşar, özünün oturmaq yerini cəhənnəmin iki gözü arasında hazır edər”. Səhabələri soruşur ki, məgər cəhənnəmin gözü vardır? Həzrət (s) buyurur: “Məgər eşitməmisiniz ki, Quran buyurur: “(Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər””. (“Furqan” 12). /Deyerler.org/ Oxşar xəbərlər
|