Hovuzu süd ilə dolduraq
Mьəllif: admin1
Tarix: 13-03-2015, 08:25
Hovuzu süd ilə dolduraq

Bismilləhir-Rahmənir-Rahim.
Bir vaxtlar bir diyarda şah yaşayırmış. Bir gün həmin şah rəiyyətdən bəzisinə tapşırır ki, çarhovuz qazsınlar. Hovuz qazılan kimi şah fərman verir ki, gecə ilə hər evdən bir nəfər bir bardaq süd gətirib hovuza töksün və bu minvalla səhərə kimi çarhovuz süd ilə dolsun. Fərmanı eşidəndən sonra hər kəs evinə dağılışır. Şahın əmrini eşidən bir kişi də gecəni gözləyir ki, bir bardaq südü aparıb hovuza töksün. Lakin sonra ağlına başqa fikir gəlir: “Onsuz da hər kəs süd gətirəcək. Gəlsənə, mən bardağı su ilə doldurum”. Kişi fikirləşir ki, bardağı su ilə dolduracaq, onu gizlincə hovuza tökəcək, bir hovuz südün içində onun bir bardaq su “bilinməyəcək”. Belə də edir. Gecədən xeyli keçmiş çölə çıxır. Ətrafa baxır, heç kəsi görmür. Kişi tələsik gedib suyu hovuza boşaldır və geri qayıdır.

Səhər şah hovuza baş çəkir və təəccübünü gizlədə bilmir: hovuz süd əvəzinə ağzına kimi su ilə dolu olur. Nə baş vermişdi? Demə hər kəs düşünmüşdü ki, “mən süd gətirməsəm də olar, onsuz da başqası gətirəcək” və beləcə bir-birinə ümidli olub, hamı çarhovuzu su ilə doldurmuşdu.

Bəzən Allahın dininə dəstək lazım olanda biz də düşünürük ki, başqa birisi onu onsuz da edəcək. Mən etməsəm də olar. Nəticədə heç bir hərəkət baş tutmur. Həqiqi hərəkət hər birimizdən başlayır. Nə gözəl olar ki, soruşaq: “Bəlkə mən eləməsəm, heç başqası da eləməyəcək?”. Elə isə Allaha xidmətə birinci tələsək.

/Mənbə: Akramullah Seyyid “100 ibrətamiz hekayə” (Akramullah Syyed “100 moral stories”/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930