Allahın ən böyük zikri – namazdır
İnsanın ürəyi rahat olan zaman ruhu da rahat olar. Ona görə də belə bir ürəyə malik olmaq üçün İlahi zikrlə məşğul olmaq lazımdır. Allahın ən böyük zikri – namazdır. Bu zikri deyənin ürəyi rahat və nəfsi hüzurludur. Namaz qılmaq, ibadəti yerinə yetirmək namaz qılan insan üçün ruhi rahatlıq gətirər. Möminin ürəyinə əminlik hissi verər. O kəslər ki, qəlb hüzuru ilə namaz qılmağı bacarırlar, onların rahatlıq hissi başqalarından daha çoxdur. Onlar – xalis ibadətin yolunu tapanlardır. Onlar gecənin yarısında öz Məhbubları ilə söhbət edər və ünsiyyət qurarlar. “Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir”. (“Muzzəmmil” 6). Çünki bu insanlar Allahla ünsiyyətin şirinliyini dadıblar. Hər kim bu dadı hiss edər, başqa şeylər onun üçün mənasız olar. İmam Əli (ə) cəhənnəmə düşənlərin bir çoxunun məhz namaz qılmayan insanlar olduğuna işarə edir və buyurur: “Ey insanlar! Namazı öhdənizə götürün və onu qoruyun. Çoxlu namaz qılın və özünüzü namazla Allaha yaxınlaşdırın. Namaz – vacibatdır. Xüsusi zamanda möminlər üçün vacib buyurulmuşdur. Məgər cəhənnəm əhlinə verilən suala dediklərinə diqqət etmirsiniz? “Sizi cəhənnəmə nə çəkib gətirdi?” - deyərlər: “Biz namaz qılanlardan deyildik”. Namaz günahları payız yarpaqları kimi tökər. Günahın zəncirini boyunlardan açar. Peyğəmbər (s) namazı bir kişinin evinin önündən axan isti bulağa bənzətmişdir. Əgər gündə beş dəfə özünü həmin suda yusa bədənində heç bir zaman çirk qalmaz”. İmamdan (ə) soruşurlar: “Sizin namaz qılmayan insanlar haqqındakı nəzəriniz necədir?”. Həzrət (ə) buyurur: “Kafirdir”. Hədislərimiz cavanlarımızın namaz qılmağına xüsusi əhəmiyyət verir və buyurur: “Uşaqlarınıza namazı öyrədin. Büluğa çatan zaman namazı tərk etməmək üçün tənbeh edin”. “Oğlan uşağı həddi-büluğa çatan zaman Qurandan bir qədər oxusun və ona namaz öyrədilsin”. İnsanı Xaliqinə yaxınlaşdıra bilən ən yaxın - yol namazdır. İmam Əli (ə) buyurur: “Namaz - hər bir dindarın Allaha yaxınlaşmasına səbəb olar”. Namazın çox sayda bərəkətləri vardır. Bu bərəkətləri İmam Əlinin (ə) mübarək dilindən eşidək: 1. Namaz - imanın əlamətidir. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz - imanın bayrağı və əlamətidir. Hər kim ürəyini namaza hazır edərsə, həddinə riayət edər mömindir”. 2. Namaz - təkəbbürdən ayrılmaqdır. İmam Əli (ə) buyurur: “Allah təkəbbürdən xilas olmaq üçün namazı, ruzinin cücərməsi üçün isə zəkatı təyin etmişdir”. 3. Namazın başqa işlərə təsiri. İmam buyurur: “Bil ki, hər bir başqa iş öz dəyərində namaza tabedir”. 4. Namaz - rəhmətin nazil olmasıdır. “Əgər namaz qılan bilsəydi ki, Allah Cəlalından onu hansı halət əhatə edir, heç bir zaman başını səcdədən qaldırmağını istəməzdi”. 5. Namaz - günahların islah olmasıdır. “Hər kim namazı haqqına vaqif olaraq yerinə yetirərsə, bağışlanar”. (Deyerler.org) Oxşar xəbərlər
|