Dünyada ən üstün ibadət – ölümü yada salmaqdır
Mьəllif: admin1
Tarix: 7-04-2020, 22:52
Dünyada ən üstün ibadət – ölümü yada salmaqdır

Aləmdə iki fəsil olduğu kimi, yatmaq mövsümü olan qış fəsli, təravət, ayılmaq və bahar fəsli. Varlıq aləmində də bu cürdür. Biri bu dünyanın fəslidir ki, sonu yatmaq və ölümdür, ikinci fəsl qiyamətdir ki, İlahi ədalət qarşısında insan ayılar.

Quran ayələri yenidən dirilməyi bahara, ölümü isə qışa bənzədir. Necə ki, qışda təbiət yatar, baharda yenidən ayılar, Qiyamət də bu cürdür.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman baharı müşahidə etsəniz, bahar daxil olan zaman Qiyaməti çoxlu fikirləşin ki, dirilmə də bahara bənzəyir”.

Baharda necə ki, yağış yağar və yerdə olanlar dirilər və canlanar, Qiyamət yağışı da yağan zaman insanlar dirilər. İnsanların dünyada gizli olanları: əməlləri ortaya çıxar və yaşıllaşar.

İnsanlar da yaşıllaşar. Həm özü cücərər və həm də əməli. Yəni, insan Qiyamətdə dirilən zaman əməli ilə dirilər. Dünyada isə fərqlidir, heç bir insanın əməlini zahirindən bilmək mümkün deyildir.

Beləliklə, insan həyatı təbiətə bənzədilmişdir. Təbiət qışda yatıb baharda ayıldığı kimi, insan da dünyada ölür və Qiyamətdə yenidən dirilər.

Hər zaman insanların bir çoxu ölümdən qaçırlar. Başqa sözlə desək, dünyadan ləzzət almaq istəyirlər. Çünki onlar ölümü həyat bilmirlər və onlar üçün ölüm – məhv olmaq deməkdir.

Halbuki, hədislərimiz buyurur ki, ölümü çoxlu yada salın. Çünki insan tərbiyəsinə təsir qoyar. Hədislərin birində oxuyuruq: “Sizlərdən ən zirəki o kəsdir ki, ölümü yada salar”.

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, insan şəhidin əcrinə malik ola bilərmi? Həzrət (s) buyurur: “Bəli, əgər insan ölümü çoxlu yada salsa bu əcrdən bəhrələnər”.

Peyğəmbərimiz (s) yenə buyurub:

“Dünyada ən üstün zahidlik odur ki, insan ölümü yada salar”.

“Dünyada ən üstün ibadət – ölümü yada salmaqdır”.

“Hər kim gecə və gündüz 20 dəfə ölümü yada salsa, şəhidlərlə bir yerdə məhşur olar”.

Bəli, ölümü yada salmağın böyük tərbiyəvi əhəmiyyəti vardır. İnsanın zahidliyini artırar. Zahidlik o mənada deyildir ki, iş görməsin, səy göstərməsin, xeyr.

Əslində o deməkdir ki, həm bu işlərlə məşğul olsun, həm də zahid olsun. Zahidlik o zaman həqiqi məna kəsb edir ki, insan mal-dövlətə malik olsun. Əgər yoxsuldursa, zahidlik məna kəsb etməz.

O kəsin ki, bir şeyi yoxdur, deyə bilməz ki, mən bağlı deyiləm. O kəsin ki, varıdır, əgər bağlanmırsa - zahiddir. Əgər insanın evi və mülkü varsa, ancaq ona bağlanmırsa - bu zaman zahid olar.

Beləliklə, deyə bilərik ki, ölüm də qış fəsli kimi yatmaqdır, lakin Qiyamət isə bahar fəsli kimi dirilmək və ayılmaqdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930