İnsanın ürəyində zərrə qədər iman olarsa, bu iman ona nicat verəcəkdir
Şəfaət ola bilsin ki, bərzəx aləmində olsun, Qiyamət bərpa olan zaman olsun, cəhənnəmə daxil olub, bir müddət orada qalandan sonra olsun. İmam Baqir (ə) buyurur: “Bir dəstə insan cəhənnəm atəşində yanacaqdır, o zamana qədər ki, əriyərlər, şəfaət onlara nicat verər”. Ona görə də şəfaətdən bəhrələnmək iman və əməlin səviyyəsindən asılıdır. Ancaq hər bir halda əgər insanın ürəyində zərrə qədər iman olarsa, bu iman ona nicat verəcəkdir. Baxmayaraq ki, insan uzun zaman cəhənnəm atəşində qala bilər. Lakin o kəslər ki, imandan tamamilə məhrumdurlar, din və əməlləri Allahın rizayətinə layiq deyildir - bu insanlar şəfaətdən məhrum insanlardırlar. Şəfaət olunanların şəraiti: 1. İmanı qorumaq. O kəslər şəfaətə nail olur ki, imanları təhlükəyə düşməmişdir. Ona görə də dini mənbələrdə deyilir: kafir, müşrik və münafiq Qiyamət günü şəfaətə nail olmayacaqlar. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Şəfaət şübhə edənlər, münafiq və müşriklər üçün deyildir. Bəlkə təkallahlı möminlər üçündür”. 2. Həzrət Peyğəmbərin (s) Əhli-Beytinə (ə) zülm etməmiş olsun. O kəslər ki, Peyğəmbər (s) itrətinə zülm edirlər, şəfaətə nail olmurlar. Ona görə də bütün zalımlar bu siyahıdan xaricdə qalırlar. Həmçinin möminə əziyyət verənlər də bu dəstədəndirlər. 3. Namazı tərk edənlərdən olmasın. Şəfaətin şərtlərindən biri budur ki, insan namaz əhli olsun. Namazı mühüm vəzifə hesab etsin. Ona qarşı səhlənkarlıq etməsin. İmam Sadiq (ə) buyurur: “Bizim şəfaətimiz namazı yüngül hesab edənlərə çatmaz”. 4. Şəfaət olanın şəfaət edənlə mənəvi rabitəsi olsun. O kəslər şəfaət olunar ki, dünyada olan zaman şəfaətçi ilə şəfaət olunan arasında xüsusi mənəvi rabitə mövcud olmuş olar. Misal üçün, şəfaətçinin dostları və ya yaxınları ilə bağlı xeyir iş görmüş olar. 5. Şəfaət olunmaq üçün ürək etiqadına malik olsun. O kəslər şəfaət olunar ki, ürəkdən buna inanarlar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mənim şəfaətimə iman bəsləməz, mənim şəfaətim ona çatmaz”. 6. Xəyanətkar və aldadan olmasın. Peyğəmbər (s) buyurur: “Hər kim din qardaşına xəyanət edər, Allah ruzisindəki bərəkəti alar. Həyatını viran edər, onu özbaşına buraxar, o, şəafət olunmaz”. Oxşar xəbərlər
|