Quran Peyğəmbərin (s) Əhli-beytinə (ə) xüsusi əhəmiyyət verir
Sual: Quranda Allah-taalanın Peyğəmbərin (s) Əhli-beytinə (ə) xüsusi diqqətini göstərən ayə vardırmı?
Cavab: Quran ayələrinə müraciət etməklə aydın olur ki, Peyğəmbərin (s) övladları Allahın xüsusi inayət və mərhəmətinə layiq görülmüş və buna görə də onlar nübuvvət, imamət və canişinlik məqamına seçilmişlər. Burada o ayələrdən bəzisini qeyd edirik: 1. Rəsuli-Əkrəm (s) peyğəmbərliyinin ilk günlərində Allah tərəfindən fərman almışdı ki, təbliğini ən yaxın qohum-əqrəbalarından başlasın: وَأَنْذِرْ عَشِیرَتَکَ الاَْقْرَبِینَ “Ən yaxın qohum-əqrəbanı qorxut və xəbərdarlıq et!” 2. Mütəal Allah təkvini cəhətdən Peyğəmbər (s) Əhli-beytinin (ə) hər növ (zahiri və batini) aludəliklərdən pak-pakizə olmasını istəmişdir: إِنَّما یُرِیدُ اللهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیراً “Həqiqətən Allah istəmişdir ki, yalnız siz Əhli-beytdən (ə) zahiri və batini çirkinlikləri aparıb sizi pak pakizə qərar versin.” 3. Allah-taala Peyğəmbərin (s) Əhli-beytinə (ə) elə yüksək qabiliyyət vermişdir ki, onlar mübahilə (nifrin etmə) mərasimində iştirak edə bilərdilər: فَمَنْ حَاجَّکَ فِیهِ مِنْ بَعْدِ ما جآءَکَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَوْا نَدْعُ أَبْنآءَنا وَأَبْنآءَکُمْ وَنِسآءَنا وَنِسآءَکُمْ وَأَنْفُسَنا وَأَنْفُسَکُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللهِ عَلَى الْکاذِبِینَ “Əgər (Məsih barəsində) sənə gələn elm və agahlıqdan sonra (yenə də) müəyyən şəxslər səninlə münaqişəyə başlasalar, onlara de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq.” 4. Allah-taala Öz Rəsuluna xitab edərək buyurur: "Camaata de ki, mən sizdən ən yaxın qohum-əqrəbama qarşı məhəbbətdən başqa heç bir şey istəmirəm": قُلْ لا أَسْئَلُکُمْ عَلَیْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِی الْقُرْبى “De: Mən öz risalətim müqabilində sizdən ən yaxın adamlarıma (Əhli-beytimə) məhəbbətdən başqa heç bir şey istəmirəm.” 5. Həmçinin, Peyğəmbərə əmr edilir ki, namaz barəsində öz Əhli-beytinə xüsusi tövsiyələr versin: وَأْمُرْ أَهْلَکَ بِالصَّلاةِ وَاصْطَبِرْ عَلَیْها “Öz ailəni namaza əmr et və bu iş qarşısında səbirli ol” 1. “Şuəra” surəsi, ayə: 214. 2. “Əhzab” surəsi, ayə: 33. 3. “Ali-İmran” surəsi, ayə: 61. 4. “Şura” surəsi, ayə: 23. 5. “Taha”, surəsi, ayə: 132. 6. Əli Əsğər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, 1-ci cild, səh. 148. Oxşar xəbərlər
|