Zühur əsri
İmam Sadiq(ə): "Mehdi İslam dininin bütün sahələrini aşkar edəcək"
Tarixə vahid və inkişafda olan proses kimi yanaşan şiəlik, bəşəriyyətin mənəvi və maddi tərəqqisinin nəhayətinini zühurda görür. Zühur (yəni Məhdinin (ə.f) zahirə çıxması, gəlişi) dövrünün xüsusiyyətləri arasında bir neçə mühüm əlamət hədis və rəvayətlərdə göstərilib. Bunlardan biri Dəccalın gəlişidir. Dini mətnlərdə Dəccal tək göz, zalım və hamının fikrinə sahib çıxan bir şəxs kimi göstərilir. Ancaq şiə alimləri bu rəvayətləri təfsir edərək, bildirirlər ki, Dəccal tarixi şəraitin məcazi adıdır. Yaşadığımız dövrdə virtual aləmin yaranması, KİV vasitəsilə insanlara istənilən fikrin təlqin edilməsi, ictimai rəyin süni şəkildə formalaşdırılması, insanları müqayisə etmək imkanından məhrum edib hər bir hadisəyə bir nöqteyi-nəzərdən yanaşması ilə səciyyələnən vəziyyət elə həmin təkgöz və fikirlərə sahib olan Dəccaldır. İkinci əlamət isə haqqın bütün gözəlliyi və batilin bütün eybəcərliyi ilə özünü göstərməsidir. Tarix boyu istənilən zalım və ya təcavüzkar öz cinayətinə ədalət və azadlıq donu geyindirib. Qədim dövrdə Roma imperiyası xalqalrı əsarətdə saxlamağını “onlara mədəniyyətin nə olduğunu başa salmaq” kimi qələmə verməsi, müasir dövrdə isə İraq və Əfqanıstana hücumu “demokratiyanın bərqərarı” kimi aşılanması onu göstərir ki, insanlar cinayətlərini belə düzgün iş kimi göstərmək istəyirlər. Ancaq zühura yaxın dövrdə artıq cani cinayət edərkən buna hansısa gözəl don geyindirməyə ehtiyac duymayacaq. Bu gün biz bu cür davranışın cücərtilərini müşahidə edirik. Məhdinin (ə.f) zühurunun xüsusiyyətləri barədə yaranmış yalnız stereotiplərdən biri onun gəlişi ilə bütün narazı kütlələrin məhv olması barədə fikirlərdir. Şiəliyə əsaəsən, Məhdi (ə.f) kimlərisə öldürmək üçün deyil, onları islah etmək üçün gələcək. Rəvayətlərdə var ki, Məhdinin (ə.f) qurduğu dövlətdə Allaha inanmayan, yəhudilər və xristianlar da əmin-amanlıq içində yaşayacaqlar. Buradan bəlli olur ki, Məhdi (ə.f) insanları zor gücünə Allah yoluna çağırmayacaq. Əksinə insanların azad təfəkkürü və seçimi üçün şərait yaradacaq. İnsan zatən xeyirpərəst varlıq olduğundan, o xeyrə doğru üz tutur.Sadəcə buna münbit şərait yaratmaq lazımdır. Məhdinin (ə.f) dövründə insanın bütün maddi və mənəvi potensialının inkişafı və üzə çıxması üçün bütün imkanlar işə salınacaq. Kimlərsə bundan istifadə edəcəklər, kimlərsə də yox. Oxşar xəbərlər
|