Cavanlığı qocalıqdan əvvəl, sağlamlığı xəstəlikdən əvvəl dərk et
Mьəllif: admin1
Tarix: 9-07-2021, 10:19
Cavanlığı qocalıqdan əvvəl, sağlamlığı xəstəlikdən əvvəl dərk et

Gərək bilək ki, cavanlıq – dəyərli bir gövhərdir ki, insanı inkişaf etdirər, istedadlarını çiçəkləndirər. Əmirəl-möminin (ə) bu haqda buyurur: “Bu iki şeyin (cavanlıq və sağlamlıöın) qədrini o kəs bilir ki, hər ikisini əldən verir”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Cavanlıq dövrünü dərk etmək lazımdır. Bu qızıl dövrandan özünü tanımaq və kamala çatmaq üçün bəhrələnmək lazımdır ki, insanın dünya və axirətdə səadət və bədbəxtliyinin əsl şərtidir”.

Qurani-Kərimin nəzərinə görə insan uşaqlıq çağından çıxıb həddi-büluğa çatan zaman cavanlıq dövrünə qədəm basır. Bu dövrün bitməsi isə 40 yaş kimi bəyan edilmişdir. Belə ki, oxuyuruq: “Nəhayət o, öz (cisim və ağıl) qüvvəsinin kamal həddinə və qırx yaşına çatanda deyər”. (“Əhqaf” 15).

İnsan qırx yaşına qədər cavanlıq dövrünü keçirər. Bu dövrdə öz inkişafı üçün səy göstərər. Cavanlıq dövrü – həyatın ən ali dövrüdür. Bu dövrün əhəmiyyəti böyükdür. İmam Sadiq (ə) belə buyurur: “Cavanlara diqqət et, çünki onlar xeyir işlərə hər kəsdən daha çox qabaqda gedəndirlər”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Cavan müsəlman Quran oxuyan zaman Quran onun əti və qanı ilə qarışar. Allah Təala onu Öz aliməqamlı peyğəmbərlərin zümrəsindən qərar verər və Allah Qiyamət günü Özü onun müdafiəçisi olar”.

Qurani-Kərim cavanlıq dövrünü qüvvət və qüdrət dövrü kimi tanıdır. “Allah sizi bir zəifdən və qüdrətsizdən (zəif bir varlıqdan–nütfədən) yaratdı, (sizin üçün) zəiflik və gücsüzlükdən sonra (həddi-büluğa yetişdikdən qocalıq çağına kimi fikri və cismi) qüvvə və güc verdi və yenə də (sizdə) qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi. (Bəli,) O, istədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi”. (“Rum” 54).

Həzrət Peyğəmbər (s) buyurur: “Mən sizlərə cavanlarla yaxşı davranmağı tövsiyə edirəm. Çünki onların ürəyi incə və fəziləti qəbul edəndir. Cavanlar sözlərimi qəbul etdilər və mənimlə sevgi əhdi bağladılar”.

İmam Əli (ə) buyurur: “Cavanlığı qocalıqdan əvvəl, sağlamlığı xəstəlikdən əvvəl dərk et”.

Beləliklə deyə bilərik ki, cavanlıq elə bir dövrdür ki, insanın həm cismi qüvvəsi çox olur və həm də mənəvi mövzuları dərk etmək üçün daha çox ruhiyyəyə və enerjiyə malik olur. Bu dövrdə olan insan cavanlığı fürsət bilib, özünü kamala çatdıra bilər.

İstedadlarından istifadə edib özünü bir şəxsiyyət kimi formalaşdıra bilər. İnsan əgər cavanlıqda mənəvi bazaya malik olarsa, qırx yaşından sonra bədəni solmağa doğru getsə də, ruhu irəli gedər və kamala çatmağa can atar.

Ancaq əgər qırx yaşa qədər insan tövbə etməzsə, şeytan (lən) onun alnından öpüb, onu “təbrik” edər. Deyər ki, artıq sən xilas olanlardan deyilsən.

Ona görə də deyə bilərik ki, cavanlıq bizim taleyimizi təyin edən bir dövrdür. Bu dövrün qədrini əldən verməmiş, bu həqiqəti bilək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930