Allahı tanımaq nə üçün lazımdır?
Mьəllif: admin1
Tarix: 7-02-2021, 10:58
Allahı tanımaq nə üçün lazımdır?
Allahı tanımaq mövzusu – etiqadi məsələlərdəndir. Bəs Allahı tanımaq nəyə lazımdır?

Birincisi ona görə ki, ictimai zərəri insandan dəf edə bilsin. Tarix boyu din alimləri savab və cəzadan çox danışıblar. Nəticədə insan öz ictimai zərərlərinin nə olduğunu başa düşmüşdür.

Əgər insan bu mövzunu tədqiq etməsə və araşdırmasa, böyük xataya düçar olar. Ona görə də insan bilməlidir ki, Həzrət Peyğəmbər (s) Allahı tanımaq haqqında onlara nələri demişdir.

İnsan Allahı tanıyandan sonra öz ictimai zərərlərini görər və onu aradan qaldırmağa çalışar.

Allahı tanımağın başqa bir əqli səbəbi də budur ki, insan həqiqi Nemət sahibini tanıyar və Ona şükür edər.

Ağıl bizə deyir ki, Allah sənə bu qədər nemət vermişdir və Ona görə şükür etmək zəruridir. Biz bu qədər nemətə görə Allaha şükür etməliyik.

Hər kim Allaha şükür etmək istəyərsə, gərək Onu yaxşı tanısın ki, kimə şükür etdiyini bilsin. İnsan başa düşər ki, həqiqi nemət verən Allahdır və Onu tanıyıb şükür etmək lazımdır.

Ona görə də deyə bilərik ki, Allahı tanımaq bizi ictimai zərərdən qoruyar və həqiqi nemət Sahibinə şükür etməyimizə gətirib çıxardar. Bəs Allahı tanımağın faydaları hansılardır?

Allahı tanımaq insan fitrətində fikri inqilablar yaradar. Aşkar faydalara işarə edək:

1. Fikirləri, əqidələri xəyal və yolunu azmaqdan paklamaq, dəyər vermək.

2. Əxlaqı inkişaf etdirmək.

3. İcitmai rabitələri yaxşılaşdırmaq.

4. Təəssübkeşliyi uzaqlaşdırmaq.

Allahı tanıyan insan dünyaya bel bağlamaz. Cəhalət və xurafatdan uzaq olar. İnsanın fikri təkamülü Allahı tanıyaraq hasil olar.

Allahı tanımaq əxlaqı ucaldar. Allahı tanımaq mövzusu birbaşa və dolayı yollarla əxlaqla sıx bağlıdır. Ədalət, əmanətə riayət etmək kimi.

İnsan savab və cəzadan xəbərdar olar. Müsibətlərə dözmək daha asan olar.

Hər kim Allahı tanıyarsa, düzgün ictimai rabitələr qurar. İnsanların haqqına riayət etmək həmin insan üçün tövhidi vəzifə olar.

Allahı tanımaq və tövhid səbəb olar ki, insanın həm ictimai və həm də ailə həyatı sahmana düşsün.

Allahı tanıyan insan bilir ki, bütün insanlar bərabərdirlər. Heç bir qəbilə, irq və millət başqasından üstün deyildir. Ona görə də yersiz təəssübkeşliyi kənara qoyar.

Beləliklə deyə bilərik ki, Allahı tanımaq üsulun - ən mühüm bəhslərindəndir. İnsana çoxlu faydalar gətirər.

Ona görə də hər bir insan bu yolda səy göstərməli və onu Yaradanı kifayət qədər tanımağa çalışmalıdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930