Elə yaşayaq ki, əxlaq müəllimimiz Uca Allahın Özü olsun
Mьəllif: admin1
Tarix: 23-02-2022, 22:36
Elə yaşayaq ki, əxlaq müəllimimiz Uca Allahın Özü olsun

Əllamə Təbatəbai müraqibə əhli idi. Onun yanına nəsihət almaq üçün gələndə, buyururdu: “Müraqibə (nəzarət) və mühasibə elə hallardır ki, Allah yolunun yolçusu gərək yolun başından sonuna qədər ona riayət etsin.

Gecə yatmazdan əvvəl gün ərzində gördüyünüz əməllərinizi tədqiq edin. Əgər əməliniz yaxşı olsa, Allaha buna görə şükür edin. Sonrakı günlərdə bundan da yaxşısını yerinə yetirmək tofiqi istəyin.

Əgər Allah eləməmiş bir xata etmisinizsə, tez tövbə edin. Qərara alın ki, onu bir daha etməyəcəksiniz. Xülasə, müraqibə ilə mühasibə həmişə olmalıdır”.

Əllamə Təbatəbai can verən zaman cavanlara tövsiyə verir və buyururdu: “Diqqət! Diqqət! Diqqət!” (yəni diqqətli olun!). Bu sözləri deyir və dünyasını dəyişir.

İlahi övliyalar həyatları boyu özləri də diqqətli olmuş, ətrafında olanları da buna dəvət etmişdilər. Əgər həqiqətən diqqətli olsaq, bu dünyaya bağlanmasaq, çətin də olsa bu işi görmək mümkündür.

Qurani-Kərim bizlərə tövsiyə edir ki, tarixdə seyr edək. Çünki tarix boyu çox sayda belə insanlar olmuşdular. Onlar əla qiymətini almışdılar. Əlbəttə hərislik, həsəd, təkəbbür də məlumdur və çoxları bu cəhətlərə görə cəhənnəmlik olmuşlar.

İnsanların əksər hissəsi belədir və bu, bizim təqsirimizdir. Allah Təala bizləri xəlifə adlandırıb və bunun üçün bizə lazım olan hər şeyi veribdir. Daxilimizə üç peyğəmbər qoyubdur: fitrət, vicdan və ağıl.

Biz gərək bunu bilək ki, Allah Təalanın Özü bizlərin əlxaq müəllimidir. Daha doğrusu, biz gərək elə yaşayaq ki, Allah bizim əxlaq müəllimimiz olsun. “Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir”. (“Nur” 21).

Allahdan istəyək ki, özümüzü islah etməkdə bizə yardım etsin. Allah buyurur ki, əgər həqiqətən bunu istəsən, Mən sənə yardım edərəm: “Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbirdən qaldırılan zaman) mələklər nazil olarlar”. (“Fussilət” 30).

Yəni, mələkləri sizə yardıma göndərərəm.

Özünü islah etməyin yolu – vacibatları, müsətəhəbləri yerinə yetirməkdədir. Günahdan uzaq olmaqdadır. Tövbə etməkdədir. Dilini, gözünü və qulağını kontrol etməkdədir.

Bu iş təmrin istəyir. Qısa müddətdə bunu etmək mümkün deyildir. Uzun zaman istəyir, səbir istəyir. Əgər bunu bacarsaq, təqvamız artacaq və özümüzə hakim ola biləcəyik.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930