Qəbrin ilk gecəsinin hadisələri
Mьəllif: admin1
Tarix: 6-04-2022, 12:53
Qəbrin ilk gecəsinin hadisələri
Meyiti qəbrə qoyduqdan sonra başına bir çox hadisələr gəlir. O cümlədən Nəkirlə Münkərin sorgu-sualı, qəbir sıxıntısı... Lakin bu hadisələr mömin və kafirlərdə fərqlidir.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin dünyadan gedər, 70 min mələk onu müşayiət edər ki, qəbrinə çatdırsın. O zaman ki, qəbrə daxil olar, Nəkirlə Münkər gələr və ona suallar verərlər. Rəbbin kimdir, dinin nədir, peyğəmbərin kimdir?

O da cavab verər ki, Rəbbim Allahdır, dinim İslamdır və peyğəmbərim də Muhəmməddir (s). Onların qəbri görmələrinin uzunluğu genişliyindədir.

Bu, Allah Təalanın həmin sözüdür ki, buyurur: “Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu cənnət vardır””. (“Vaqiə” 88-89).

Yəni bu ruh ki, bərzəx aləminə gələr nemət dolu cənnətə düşər. Ona görə də möminə verilən vədənin biri qəbrdədir, o birisi isə Qiyamət və axirətdə.

İmam Sadiq (ə) davam edir: “O zaman ki, kafir ölər, onu cəhənnəm atəşinin 70 min gözətçisi qəbrə qədər müşayiət edərlər.

O, müşayiət edən bu mələklərə and verər ki, əgər bir daha dünyaya gələsi olsam, salehlərdən olacağam. Çünki elə bu zaman nələrin baş verdiyini hiss etməyə başlayar.

Əzab mələkləri ona deyərlər: “Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir)”. (“Muminun” 100).

Geri qayıtmaq yoxdur. O zaman ki, qəbrinə daxil edərlər və insanlar onu qoyub gedər, Nəkirlə Münkər ən dəhşətli şəkildə onun yanına gələrlər. Ona suallar verməyə başlayarlar.

O, dili tutulduğu üçün danışa bilməz. Cavab verməyə qadir olmaz. Ona əzab qamçısı vurarlar ki, bütün varlıqlar titrəyər. Ona yenə sual verərlər ki, Rəbbin, dinin, peyğəmbərin kimdir?

O, deyər ki, bilmirəm. Ona deyərlər ki, bilmədiyin üçün hidayət olmadın. Qəbrinə cəhənnəmdən qapı açarlar. Oradan qaynayan çirkli cəhənnəm suyu yemək kimi onun üçün gələr.

Bu, Allahın buyurduğu həmin sözdür:“Lakin əgər azmış təkzib edənlərdən olsa, onda (ona) ilk xidmət qaynar sudur və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!”. (“Vaqiə” 92-94).

Bəli, ona görə də deyə bilərik ki, möminin qəbir hadisələri – nemət və behiştdir, kafirinki isə qaynar su və cəhənnəm.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930