Gözəl və pis əxlaq irsən keçə bilir
Mьəllif: admin1
Tarix: 5-06-2023, 12:16
Gözəl və pis əxlaq irsən keçə bilir
İnsan fitri olaraq kamala doğru gedəndir. Ona görə də əgər həyatı mənalı və hədəfli olmazsa, sağ qalmaq onun üçün dəyərsiz olar.

Baxmayaraq ki, yaşamaq üçün bütün şəraitlərə malik olsa belə. Uşağa ilk təlim və tərbiyə verən mərkəz – ailədir. Çox sayda əxlaq nümunələri orada formalaşar.

Ailə mühitinin sağlam və ya qeyri-sağlam olması insan əxlaqına təsir qoyar. Yəni insanın əxlaq bünövrəsi ailədə qoyular.

Elə ona görə də deyə bilərik ki, ailə İslam dinində həmişə xüsusi əhəmiyyətə və diqqətə malik bir ocaq olmuşdur. Əgər bu müqəddəs mərkəz kamala çatmaq üçün istedadlarından bəhrələnərsə, cəmiyyət də bu cür böyük bir istedaddan bəhrələnər.

Ata və ana övladına iki tərəfdən təsir qoyar. Biri isri olaraq genlərin vasitəsilə. O birisi isə təqlid vasitəsilə. Lakin istisnalar da mümkündür.

Hər bir halda övlada ilk tərbiyə verən məktəb - ailədir. İnsan ilk fəzilət və rəzil sifətləri burada öyrənir. Bu haqda gələn hədislərə nəzər salaq:

İmam Əli (ə) buyurur: "Pak və gözəl əxlaq insanın (ata və anasının) bəyənilmiş irsinin səbəbidir”.

Ona görə də fəzilətli ailədə gözəl və saleh övladlar yetişər.

İmam (ə) başqa yerdə buyurur: "Hacətinizi istəyən zaman pak və əsil ailədə yetişmiş şərəfli insanların sorağına gedin”.

İmam Sadiq (ə) buyurur: "O qadın ki, şərab içən ərinə itaət edər, səmadakı ulduzlar qədər günaha düçar olar. Ondan doğulan övlad da bulaşmış olar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir körpə pak tövhid fitrəti ilə dünyaya gəlir. (Sonradan) atası və anası onu yəhudi və ya xristian dininə daxil edər”.

Həzrət (s) başqa yerdə buyurur: "Övladın atası üzərindəki haqqı odur ki, ona gözəl ad qoysun və onu yaxşı tərbiyə etsin”.

Ona görə də gözəl əxlaqa malik olan övlad istəyirsinizsə, evlənməmişdən əvvəl həyat yoldaşı seçən zaman onun əxlaqı və valideynləri ilə tanış olun ki, gələcəkdə problem yaranmasın. Ailənin insan tərbiyəsindəki roluna diqqət edin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930