Ruhunuz aram deyilsə, özünüzlə məşğul olun
Həyatımız dörd müxtəlif guşədən təşkil edilmişdir: mənəviyyat, psixologiya, hisslər və cisim. Alimlərin dediyinə görə, insan ruh və cisimdən təşkil olmuşdur. İnsan üçün hər ikisinin də sağlam olması çox mühümdür. Lakin ruhun sağlamlığı daha əhəmiyyətlidir. Çünki əgər ruh sağlam olarsa, bir çox cisim xəstəliklərinin də sağalmasına şərait yaratmış olar. O qədər xərçəng xəstələri olmuşdur ki, sağlam ruhiyyəyə malik olduqları üçün şəfa tapıblar. Lakin o zaman ki, ruh xəstə olar, insan həm özünü, həm də ətrafında olanları incidər. Həyatımızın dörd guşəsinə nəzər salaq. Mənəvi guşə: Bizim varlığımızın bir hissəsi zaman və məkandan daha ali bir yerdə yaşayır. Bizim varlığımızın bu hissəsi həyat və ətraf mühitlə birləşməyə çalışır. Bizə yardım edir ki, Yer kürəsinə aid olduğumuzu hiss edək. Bu yolla biz yaradılışımızın hədəfinin fani dünyadan daha ali və yüksəkdə olduğunu görərik. Mənəviyyat guşəsi əslində bizim varlıq binamızın bünövrəsidir. Psixologiya guşəsi: Fikirlərimizə, inanclarımıza, əxlaqi dəyərlərimizə, huş və zəkamıza şamil olur. Biz beynimizin sayəsində müxtəlif məlumatlar alarıq. Ağlımız həyatda topladığımız dəyərli təcrübələri bir küncündə qoruyub saxlayır. Hiss guşəsi: Bu guşə bizə yardım edir ki, hisslərimizin yardımı ilə ətrafımızda olanlarla rabitə quraq. Hisslərimizə aid olan bütün təcrübələri öyrənək. Sonra da bu təcrübələrin vasitəsilə müsbət nəticə əldə edə bilək. Cisim guşəsi: Əgər bu guşəyə yaxşı baxsaq, sağlam olar və biz həyatdan daha çox ləzzət alarıq. Bu guşə bizə hökm edir ki, bacardığımız qədər sağlam olmağımız üçün səy göstərək. Cismimiz üçün rahat bir həyat hazır edək və bu yolla yaşadığımız ətraf mühit üçün də faydalı olaq. Varlığımızın bu guşələrinə diqqətlə baxaq və hər birini yaxşıca tədqiq edək. Hansı guşədə bir çatışmamazlıq görsək, onu aradan qaldırmağa çalışaq. Çünki əgər bu guşələrdən biri sağlam olmazsa, o biri guşələrə də mənfi təsir qoyar. Axı onların arasında sıx rabitə vardır. /Deyerler.org/ Oxşar xəbərlər
|