İnsanı Allah yanında əziz edən gözəl xüsusiyyət
Mьəllif: admin1
Tarix: 1-07-2021, 14:52
İnsanı Allah yanında əziz edən gözəl xüsusiyyət
Həyatda çox az insan tapılar ki, büdrəmələrdən amanda qalsın. İnsan elə işlər görür ki, başqalarının mənafeyini də təhlükə altına qoyur. Əgər hər birimiz başqalarına dəyən bu ziyanları aradan qaldırmağa çalışsaq, necə də gözəl olardı!

Həzrət Əli (ə) buyurur: "Əgər düşməninə əlin çatarsa, onu bağışlamaq – qələbənin şükrüdür”.

Bağışlamaq – iman əhlinin ən bariz sifətlərindəndir. Allah Təala buyurur: "İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, Bərzəx və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və İlahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın”. ("Casiyə” 14).

Əvf etmək və bağışlamaq - başqasının günahını görməməzliyə vurmaqdır. İnsan ictimai varlıq olduğu üçün əfv etməsi və bağışlaması bu cəmiyyətin inkişaf etməsi üçün çox mühümdür. O cəmiyyətdə ki, kin və küdurət hakim olar, həmin cəmiyyət nifaq və fitnə üzündən inkişaf edə bilməz.

Hədislərdə oxuyuruq ki, Həzrət Musa (ə) buyurur: "Allahım! Hansı bəndələrin Sənin yanında daha əzizdirlər?”. Buyurdu: "O kəs ki, qüdrəti çatan zaman əfv edər”.

İmam Əlinin (ə) güzəşti o qədər böyük idi ki, Siffeyin döyüşündə əsir tutduğu şamlıların hamısını buraxdı. Halbuki, bu insanlar suyu onun üzünə bağlamışdılar.

Cəməl döyüşündə isə öz əsgərlərinə fəryad çəkib bildirdi ki, onların evinə hücum etməsinlər, əllərində olanları qənimət bilib almasınlar, döyüşə arxa çevirənləri təqib etməsinlər.

Allah Quran ayələrində də möminlərə əfv etməyi və bağışlamağı bacarmağı tövsiyə edir.

"Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar)ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir”. ("Təğabun” 14).

"Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə - onun mükafatı Allahın öhdəsinədir”. ("Şura” 40).

Mütəxəssislərin nəzərinə görə bağışlamaq insan ruhunu sağlam saxlayar. Əskinə o kəs ki, ürəyində kin və küdurət gəzdirər, həmişə nigaran və qəmgindir və bu cür insanın ruhu və psixologiyası sağlam ola bilməz. Ona görə də əgər Allahın əziz bəndəsi olmaq istəyiriksə, bağışlamağı öyrənək və əfv edək.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930