İmam Zaman (ə.f) alimə hansı tövsiyələri buyurmuşdur?
Mьəllif: admin1
Tarix: 22-05-2022, 10:52
İmam Zaman (ə.f) alimə hansı tövsiyələri buyurmuşdur?
Bəzi din alimlərinin İmam Zaman (ə.f) ağa ilə görüşə nail olması və onun tövsiyələrini başqa müsəlmanlara da çatdırması Həzrətin (ə.f) qeybinin bərəkətlərindəndir. İmam Zamanla (ə.f) görüşə nail olan alimlərdən biri də Ayətullah Nəcəfi Mərəşidir.

Bu alim ən azı iki dəfə Həzrətlə (ə.f) görüşə nail olmuşdur. Biri Səhələ məscidində və o birisi isə Samirada. İmamın (ə.f) ona verdiyi tövsiyələr bizim üçün də nurani bir hədiyyədir. Bu tövsiyələrdən bəzilərinə nəzər salaq.

Quran tilavət etmək.

İmam (ə.f) alimlə görüşən zaman çoxlu Quran tilavət etməsini tövsiyə etmişdir. Həzrət (ə.f) buyurmuşdur: “Vacib namazlardan sonra bu surələri oxumağa davam et.

Sübh namazından sonra “Yasin”, zöhr namazından sonra “Nəbə” surəsini, əsr namazından sonra “Əsr” surəsini, məğrib namazından sonra “Vaqiə” surəsini və işa namazından sonra isə “Mulk” surəsini”.

Həmçinin Həzrət (ə.f) Quranı çoxlu tilavət edib savabını bivarislərə göndərilməsini tövsiyə edir.

Namaz.

İmam (ə.f) alimə məğrib namazı ilə işa namazı arasında iki rükətli müstəhəb namaz qılmasını tövsiyə edir. Bu namazın birinci rükətində “Həmd”dən sonra istədiyin surəni oxuyursan və ikinci rükətində isə “Həmddən” sonra isə “Vaqiə” surəsini oxuyursan.

Həzrət (ə.f) buyurub: “Bu namaz məqribdən sonra “Vaqiə” surəsini oxumağa kifayət edir”.

Namazdan sonrakı əməllər.

Həzrət (ə.f) bu haqda buyurub: “Beş vacib namazdan sonra bu duanı oxu: “Allahummə sərrihni ənəl-humumi vəl-ğumumi və vəhşətəl-sədri və vəsvəsəl-şeytani birəhmətikə ya Ərhəmər Rahimin!”.

Bu dua insana qəm və qüssədən, dəhşətdən, şeytanın vəsvəsələrindən nicat verər. İnsanı mənəviyyata hazır edər, ona mane olan fikirləri ondan uzaqlaşdırar. Həmçinin Həzrət Zəhranın (s.ə) təsbihi İmam (ə.f) tərəfindən çox tövsiyə edilmişdir.

Gecə namazı.

İmam (ə.f) alimə gecə namazını tövsiyə edir. Buyurur: “Ey seyyid! Elm əhlinə təəssüf olsun ki, əqidələri bizə uyğundur, ancaq bu əməli davam etdirmirlər”.

"Nəhcul-bəlağə” və “Səhifeyi-Səccadiyə”.

Həzrət (ə.f) alimə “Nəhcul-bəlağə”ni oxuyub hifz etməsini və həmçinin “Səhifeyi-Səccadiyə”də olan duaları əzbərləməsini tövsiyə etmişdir. Xüsusilə də İmam Əlinin (ə) “Şəqşəqiyyə” xütbəsini hifz etməyi vurğulamışdır.

Bu xütbədə müttəqilərin sifətləri açıqlanır və çox dərin mənaya malikdir. Həmçinin Həzrət Zeynəbin (s.ə) Yezidin (lən) məclisində etdiyi xütbəni əzbərləməyi tövsiyə etmişdir.

Seyyidlərin məsuliyyəti və seyyidlərə hörmət etmək.

İmam (ə.f) alimə buyurmuşdur: “Əhli-beytə (ə) əlaqən olduğu üçün qədrini bil, çox sayda iftixara və saədətə səbəb olan bu nemətin şükrünü yerinə yetir”.

Həmçinin Həzrət (ə.f) vurğulamışdır ki, o kəslər ki, Peyğəmbərin (s) və İmam Əlinin (ə) nəslindən gələn seyyidlərdir, bu nemətə xüsusilə diqqət edib və onu İlahi nemət hesab etsinlər. Sonra çalışsınlar ki, bu nemətin şükrünü yerinə yetirə bilsinlər. Rəftar və əməllərinə diqqət etsinlər.

Hər bir sahədə İlahi əmrlərə itaət etsinlər. Başqa bir tərəfdən isə bu iftixar onları qürurlandırmasın. Bu nemətdən düzgün bəhrələnən halda səadət onlara nəsib olar. Həmçinin seyyidlərə hörmət edilsin və onlara qarşı edilən hörmətsizlik Əhli-beytə (ə) qarşı edilən hörmətsizlikdir.

Həzrət Seyyidi-şühədanın (ə) ziyarəti.

İmam (ə.f) buyurub: “Yaxından və uzaqdan bu ziyarətə davam edin”. Həmçinin qalan İmamları (ə) və salehləri də ziyarət etməyi tövsiyə etmişdir.

İmam (ə.f) həmçinin alimə sileyi-rəhm etməyi, müəllimin haqqına riayət etməyi, ata və anaya hörmət etməyi - istər sağ olsunlar, istərsə də dünyadan getmiş - tövsiyə etmişdir.

İmamın (ə.f) bu tövsiyələrini biz də yerinə yetirək və Həzrətin (ə.f) nəzərində olan kəslərdən olaq.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930