İlahi mərifətə mane olan amillər
Səadət axtarışında olan insan gərək İlahi mərifəti əldə etmək üçün çalışsın və səy göstərsin. İdrak qüvvələrini işə salsın və düşünsün. Səadət əhli olmaq istəyən hər bir insan düşünər və ağlı ona deyər ki, gələcəyin haqqında düşün. Həyatın tez ötüb keçən ləzzətlərinə çox da bel bağlama. Çünki bu ləzzətlər insanı əbədi səadətdən məhrum edə bilər. Gələcəyini düşünən insanla həvəslərinin ardınca gedən insan arasındakı fərq də buradadır. Birincisi gələcəyini düşünər və onun üçün planlar cızar. Daha üstün ləzzətlər əldə etmək üçün səy göstərər. İkincisi isə heç düşünməz, çünki şəhvətə qərq olmuşdur və bu yol onu heç bir yerə aparıb çıxarda bilməz. İnsan əgər düşünməyi seçərsə, ikinci mərhələdə gərək baxsın görsün nə haqda düşünməlidir. Əbədi səadətə çatmaq üçün düşünsün, yoxsa maddi sərvətini necə artmaq barəsində düşünsün. Elə bir şey haqqında düşünsün ki, ona əbədi səadət gətirə bilər. Bu mərhələdə bir çox amillər, o cümlədən mala, vəzifəyə olan şiddətli əlaqə onu düzgün düşünməkdən saxlaya bilər. İnsanın Allah, behişt və məad haqqında düşünməsi üçün, nəfsi isətklərinə qalib gəlməsi lazımdır. Bu, maddi və mənəvi istəklər arasındakı bir döyüşdür. Onlardan biri qalib olar. Ona görə də deyə bilərik ki, nəfsi tərbiyə etmək elm kəsb etməkdən daha mühümdür. İnsan əgər nəfsinə qalib gələ bilmirsə, özünü düzgün düşünməyə vadar edə bilməz. Ona görə də bəzi ayələrdə nəfsi tərbiyə etmək təlimdən əvvəl gəlir. Quran ayələrinə əsasən, düzgün düşünməyə malik olan amilləri iki dəstəyə bölmək olar: 1. Düzgün mərifət əldə etməyə mane olan tanımalar (tanıma maneələri); 2. Düşünməyə mane olan meyllər (meyl maneələri). Tanıma maneələri. 1. Hissə etimad etmək. Bu cür insan tanımalarının çox hissəsini hissi yollarla əldə edər. Halbuki, bu cür insan ağlı vasitəsilə həqiqətləri dərk edə bilər, lakin o insan hissin bilmədiyi tanımalarda belə, hissindən istifadə edər. Ona görə də hikmət əhli deyir: “İnsanın vahimə qüvvəsi onu düzgün düşünməkdən saxlayır”. 2. Təqlid. O kəslərin ki, düşünmə qüvvəsi zəifdir, özü düşünmək yerinə, başqalarının bildiklərinə etimad edirlər. Öz inanclarını da onlardan alırlar. Bir nəslin əvvəlki nəslə təqlid etməsi kimi. Bütün İlahi peyğəmbərlərə bu üzdən müqavimət göstərmiş və atalarının dinindən üz döndərmək istəməmişdilər. Quran bu məntiqi məzəmmət edir və buyurur: “Dedilər: «Biz atalarımızı onlara ibadət edən görmüşük (və biz də onlara tabe olaraq həmin heykəllərə ibadət edirik)». Dedi: “Şübhəsiz, siz və atalarınız aşkar azğınlıqda olmusunuz””. (“Ənbiya” 53-54). 3. Gümana söykənmək. Quran buyurur ki, gümana söykənmək – mərifət əldə etməyə mane olan amillərdəndir. Batil inanclara söykənmək kimi. Meyl maneələri. 1. Bir anlıq həvəslər. İnsanlar maddi ləzzətləri əldə etmək üçün o qədər səy göstərir ki, gələcəyi üçün heç bir proqramı olmaz. Hətta gələcək maddi həyatı üçün belə, proqramı olmaz. O, ancaq heyvani istəkləri və meylləri üzrə hərəkət edər. Quranın buyurduğu kimi, qəflətə düşənlərdir ki, onları düzgün düşünməkdən saxlayır. 2. Maddi gələcək haqqında ifratcasına düşünmək. Bu insanlar düşünür, ancaq maddi gələcəkləri haqqında. Bu insanların mənəvi və qeybi həqiqətləri dərk etmək üçün düşünməyə fürsətləri olmaz. Sərvətlərini artırmaq istəyi onları əsir etmişdir. Bu insanlar ancaq dünya nemətlərini istəyir, axirət onları maraqlandırmır. Ona görə də Allah bütün mükafatlarını onlara bu dünyada verər. Lakin axirətdə onları atəşdən savayı bir şey gözləməz. /Deyerler.org/ Oxşar xəbərlər
|