Həqiqi bəndəliyin formulu
Mьəllif: admin1
Tarix: 14-12-2021, 10:42
Həqiqi bəndəliyin formulu
Allah Təala Həzrət Adəmə (ə) yardım edir və ona elə sözləri öyrədir ki, onların vasitəsilə tövbəsi qəbul olsun. Süqut edən zaman əldə verdiyi məqamını yenidən qaytara bilsin.

“(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı(ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək, tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır”. (“Bəqərə” 37).

Allahın yardımı səbəb oldu ki, Həzrət Nuh (ə) kiçik bir dəstə ilə günahkar və tərs insanların əlindən nicat tapa bilsin. Allahın yardımı səbəb oldu ki, Deyerler.org: Həzrət İbrahim (ə) onun üçün hazırlanmış atəşdən salamat halda çıxa bilsin.

İlahi yardım səbəb oldu ki, Həzrət Musa (ə) və Harun (ə) Fironun əlindən nicata tapa bilsinlər və zalımlar Nil çayında boğulsunlar. Allahın yardımı səbəb oldu ki, Həzrət Lut (ə) qəbiləsinin günahından nicat tapa bilsin.

Allahın yardımı səbəb oldu ki, Həzrət Yunus (ə) balığın qarnından nicat tapsın. İlahi yardım səbəb oldu ki, İslam Peyğəmbəri (s) az sayda insanla zalım dəstəyə qalib gələ bilsin.

İlahi yardım bütün peyğəmbər və möminlərə şamil olar. İnsanlar əgər təqvalı olsalar və iman libasına bürünsələr, saleh əməl görərək, əmr-be-məruf və nəyh-əz-munkər edərək, Allah yolunda mübarizə apararaq, İlahi yardıma layiq olarlar. Allah bu cür insanların qədəmlərini Sirat yolunda möhkəm və sabit edər.

Quran bizlərə buyurur ki, həqiqi yardım edən ancaq Allahdır. Bu, Odur ki, qəlbləri özünə cəlb edər və yardım etmək üçün vasitələri hazır edər. Ancaq bu zaman insan zahiri və batini döyüşlərdə qalib gələ bilər.

“Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir)”. (“Ali-İmran” 126).

Allah hər bir zaman və məkanda peyğəmbərlərinə və möminlərə yardım etmişdir. Həmçinin o kəslərə ki, həqiqi ibadət əhlidirlər.

İbadət odur ki, insanın ürəyi Sübhan Allahın mərifəti ilə məşğul olar. Ruhu nurunu müşahidə edər, bədəni yolunda xidmət edər, dili şükür üçün fəaliyyət göstərər, İlahi qəzaya razı olar, bəlalara səbir edər və dözər.

Bu sözləri demək asandır, ancaq ona əməl etmək mərdlik istəyir. Biz gərək namazlarımızda dediyimiz “İyyəkə nəbudu və iyyəkə nəstəin” sözünün haqqını verək və Allahın əmrlərinə itaətsizlik etməyək. Namazda qəlb hüzurumuz olsun, minlərlə batil şeylər haqqında düşünməyək.

Əbu Fətuh deyir: “Bil ki, ibadət elə bir addır ki, qəlb və əza əməllərinə şamil olur. Qəlb əməli odur ki, ürəyi təvazökar və müti olsun. İbadətdə Məbuddan başqasını qəsd etməsin.

Niyyəti xalis olsun. Əzaların əməli odur ki, Allahın əmrinə əməl etsin. Bu nöqtəyə diqqət etsin ki, haramları və günahları tərk etmək - həqiqi ibadətin əlamətlərindəndir”.

Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Pak ətəkli və təqvalı ol ki, ən abid insan olasan. Hər bir halda həqiqi bəndə o kəsdir ki, mövlasının istəyini öz istəyindən üstün bilsin.

Hər bir halda Məbudun əmrinə qulaq versin. Məhbubunun əmrindən boyun qaçırtmasın. Hər bir halda Həzrət Yardan kömək və yardım istəsin”.

Bir nəfər bazara gedir ki, qul alsın. Bir qulu onun yanına gətirirlər və deyir: “Ey qul, adın nədir?”.

Deyir: “Filan”.

Soruşur: “İşin nədir?”.

Deyir: “Filan”.

Deyir: “Bunu istəmirəm, o birisini gətirin”.

Başqa bir qulu gətirirlər və soruşur: “Adın nədir?”.

Deyir: “Məni nə ilə çağırsan”.

Soruşur: “Nə yeyirsən?”.

Deyir: “O şeyi ki, inayət etsən”.

Soruşur: “Nə geyinirsən?”.

Deyir: “O şeyi ki, geyindirərsən”.

Soruşur: “Nə iş görürsən?”.

Deyir: “O şeyi ki, əmr edərsən”.

Həmin şəxs onu satın alır. Bax, həqiqi bəndəlik belə olur.

İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) ubudiyyətləri ilə fəxr edərdilər. Müxtəlif vəziyyətlərdə bunu elan edərdilər.

Tavus Yəmani nəql edir ki, Məscidul-Hərama gəlmişdim və İmam Səccadı (ə) gördüm. O, Hicri-İsmayildə namaz qılırdı.

Getdim ki, görüm nə dua edir və eşitdim ki, buyurur: “Sənin bəndən Sənin dərgahındadır, Sənin əsirin Sənin dərgahındadır, miskin və yoxsul Sənin dərgahındadır, Səndən gizli olmayana görə Sənə şikayət edir”. Bəndəlik və abid olmaq – ali bir məqamdır.

“Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik. Buna görə də, Rəbbinə həmd və şükür etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol! Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!”. (“Hicr” 97-99).

Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün insan o kəsdir ki, ibadət və bəndəliyə aşiq olar. Onu ağuşuna alar. Ona ürəkdən sevgi bəsləyər, bədəni ilə ona əməl edər”.

İmam Səccad (ə) buyurur: “Hər kəs Allahın ona vacib etdiyinə əməl edərsə, ən abid insandır”.

Beləliklə deyə bilərik ki, Allahın yardımı peyğəmbərlərə (ə), Məsum İmamlara (ə), möminlərə və həqiqi abidlərə şamil olar.



/Deyerler/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930