Ərbəin – Hüseyn (ə) ilə əhd-peymanı təzələmək
Mьəllif: admin1
Tarix: 25-09-2021, 10:56
Ərbəin –  Hüseyn (ə) ilə əhd-peymanı təzələmək
61-ci hicri qəməri ili səfər ayının 20-də İmam Hüseyn və dostlarının Kərbəlada şəhid edilmələrindən 40 gün keçirdi

Kərbəla qiyamından sağ qalanların karvanı Şamdan Kərbəlaya çatmışdı. Kərbəlaya daxil olmaqla Aşura gününün xatirəsi canlandı. Uşaqlar və qadınların bağırması Kərbəlanı bir daha matəmə saldı. Hər kəs öz şəhidi ilə dərdləşməyə başladı.

İmam Səccad şəhidlərin pak vücudunu yada salaraq dərin matəmə dalmışdı ki, hörmətli bibisi Həzrət Zeynəb (s) ona xitabən buyurdu: Zamanın ötüb keçməsi atanın Kərbəladakı nişanəsini aradan aparmayacaq. Kafirlər onun təsirini məhv etmək istəsələr də onların bu cəhdləri Hüseyn İbni Əlinin adını daha artıq dillərə salacaqdır.

Həzrət Zeynəb də buyurmuşdu: Bəni Əsəd tayfası Kərbəla şəhidlərinin bədənlərini dəfn etdilər. İmam Hüseyn və digər şəhidlərin hüznlü ailələri 3 gün Kərbəlada qalıb əzadarlıq etdilər. Amma indi əsrlər ötüb keçəndən sonra hələ də Kərbəla qəhrəmanlarının müraciəti yaşamaqdadır.

Kərbəla hadisəsindən neçə əsr ötüb keçib, amma məhz bu hadisə ilə zülmlə mübarizə yolu açıqlandı. İmam Hüseynin əbədiləşməsinin amillərindən biri onun qiyamının mahiyyətidir. Azadlıqsevərlik, ədalətsevərlik və zülmlə haqsızlıqla mübarizə həmişəlik olaraq müqəddəs və əbədi üsullardandır.

İmam Hüseyn hərəkatı, islamı yayınmalardan təmizləyən hərəkat idi. Peyğəmbərin vəfatından sonra hökmdarlar və siyasətçilərin çoxu İslam dinini öz mənfəətlərinə həsr etmək istəyirdilər.

Onlar İslamdan sui-istifadə edib iqtidarda hökm sürmələrinə bəraət qazandırmaq istəmişlər. Elə buna görə idi ki, Öməvilər və onlardan sonrakı zalım hökmdarlar islamı, istədikləri kimi təfsir edib və öz əməllərinə rəvac verirdilər.

İmam Sadiq (ə) Bəni Üməyyənin yandırıcı işləri ilə əlaqədar buyurmuşdur: Bəni Üməyyə imanın tanınması yolunu camaat üçün açıq qoydu amma şirki tanımaq yollarını bağlamışdır. Çünki insanları şirkə dəvət etdikləri zaman kimsənin onun barəsində məlumatlı olduğunu istəmirdi.

İmam Hüseyn (ə)-ın baxışında siyasət və hakimiyyət ülvi və insani məqsədlərə çatmağa xidmət etməlidir. Bu üzdən o həzrət təkid edir ki o, iqtidara çatmaq üçün deyil ilahi dinin nişanələrini tanıtdırmaq üçün qiyam etmişdir. O qaranlıq günlərdə İmam Hüseyn öməvilərin mahiyyətini ifşa etmək məsuliyyətini düşünmüşdür.

İmam Hüseyn bu qənaətdədir ki, ictimaiyyətin pozğunluğa doğru istiqamətlənməsi dini öyüdlərdən boyun qaçırmağın nəticəsidir. İnsanların pozğun və zorakı hökmdarlara təslim olduqları təqdirdə ictimaiyyət yayınma yoluna istiqamətlənər.

İmam Hüseyn kimi dahi şəxsiyyət batil tərəfdarlarının xalqı allahdan başqasına bəndəlik etməyə məcbur etməsini qəbul edə bilməzdi. İslamın başıucalıq, azadlıq və ədalət məktəbi olduğu halda necə zülm və təhqirə dözmək olardı?

İmam Hüseyn dininin təhlükədə olduğunu üzə çıxartdı, zülmə təslim olmaq ülvi dəyərlərin məhv olması mənasında olduğuna görə, təbii ki ilahi şəxsiyyətlər bu halda sükut edə bilməzlər.

İmam Hüseyn qiyamının əbədiləşməsinin səbəblərindən biri də Həzrət Zeynəb(s), İmam Səccad və digər imamların və dini şəxsiyyətlərin dəqiq tədbirləri olmuşdur.

Bəni Üməyyə şayiə yayıb şübhə yaratmaq kimi təbliğat vasitələri ilə həqiqətləri ört-basdır edib Kərbəla hadisəsi ilə əlaqədar şübhələr törətmək istəmişlər. Amma onların cəhdləri elə ilk gündən faydasız olmuşdur, çünki İmam Hüseynin hərəkatının dərin müraciətləri olmuşdur.

Həzrət Zeynəb və İmam Səccadın müxtəlif mövqelərdə tarixi çıxışları yezidçilərin iç üzünü ifşa etdi. Rəvayətçilərə görə Zeynəbin səsinin təsiri elə idi ki, hamını sükuta qərq etdi. Zeynəbin yetərli sözləri elə idi ki, Kufənin şəxsiyyətləri deyirmişlər: Sübhanəllah! Deyəsən bu Əlinin səsidir ki, qızı Zeynəbin boğazından çıxır.

Zeynəb (s) Kufə əhalisinə xitabən buyurmuşdur: Ey Kufə əhalisi! Ey nankor və vəfasızlar, siz imanızı aldadmaq üçün vasitəyə çevirdiz və ona dəyər vermirsiz.

Siz təkəbbür, yalan, yersiz düşmənçilik, alçaqlıq və iftiradan başqa bir şey bacarmırsız. Sonuncu peyğəmbərin övladı və cənnət əhlinin atasının qətlə yetirmə biabırçılığı nə təhər özünüzdən uzaqlaşdıra bilərsiniz? Siz məzlumların sığınacağı, dərdlilərin təbibi və din və elmin xəzinəsi olan şəxsi qətlə yetirdiniz.

Hüseyn (ə) insanların hidayət işığı, ümmətin rəhbəri və pərvərdigarın hüccəti idi. O sizi düz yola hidayət edən idi. Onun böyük şəxsiyyətinin sayəsində çətinliklər və hadisələrdən çıxa bilərdiniz.

Agah olun ki, çox çirkin günaha batmısız və ilahi rəhmətdən uzaq düşmüsüz. Sizin əlləriniz ilahi dərgahdan kəsilmişdir və zinakarlarsız. Allahın qəzəbi sizi tutub və siz zəlalətə düşənlərsiz.

Zeynəbin (s) ifşaçılıqları və İmam Səccadın açıqlamaları Bəni Üməyyəni məqsədlərindən uzaq saldı. Peyğəmbər əhli-beytinin dirənişi ilə Aşura qəhrəmanlığı əbədiləşdi.

Peyğəmbərin nəslindən olan imamlar düşmənlərin zirehli təbliğatını zərərsizləşdirdi. Kərbəla şəhidlərinin əzadarlıq və əzizləmə mərasimləri və İmam Hüseynin müsibətlərinə ağlamaq Əhli-Beytin təşəbbüsü ilə həyata keçirildi ki, Aşura qəhrəmanlığı yaddaşlardan silinməsin.

Bu üzdən Kərbəla qəhrəmanlığı İslam coğrafiyasına məhdudlaşmadı və dünyanın azadlıq sevər insanları üçün örnəyə çevrildi. Belə ki qeyri-müsəlmanlar da bu hərəkatdan ilham almışlar.

Bu da peyğəmbərin bu sözündən reallaşmasını göstərir ki, buyurmuşdur: Hüseyn(ə)-ın şəhid edilməsindən sonra möminlərin ürəklərinə sönməz bir od alovlanacaq.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930