Həzrət Zəhranın (s.ə) “Fədəkiyyə” xütbəsində hidayətin yolu
Tebyan saytına istinadən, Quran hər birimiz üçün nur və hidayət kitabıdır. Quran nur və hidayət haqda buyurur: “Allah (iman gətirib)Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir”. (“Maidə” 16). Bu zülmətlərdən nicat tapmaq – aləmlərin ən pak insanına tapşırılmışdır. Hər kim onun ardıcılı olar, əlində çıraq olan kəsə bənzəyər ki, həyatın eniş və yoxuşunu rahatlıqla aşa bilir. Həzrət Zəhra (s.ə) bu haqda “Fədəkiyyə” xütbəsində belə buyurmuşdu: “Allah Təala atam Muhəmməd (s) vasitəsilə zülmətləri aydınlıq etdi, ürəklərdəki çətinlikləri qaldırdı və maneələri aradan apardı. İnsanların arasında hidayətlə qiyam etdi və onları yolunu azmaqdan xilas etdi. Onları möhkəm dinə tərəf yönləndirdi və düz yola dəvət etdi”. “Fədəkiyyə” xütbəsi o xütbələrdəndir ki, Həzrət Zəhra (s.ə) Quran ayələrinə istinad edərək, səma kitabının sirlərini açıqlamışdı. Tarix boyu çox sayda insan bu kitabı mütaliə edərək, hidayət yolunu keçmiş və yolunu azmaqdan nicat tapmışdılar. Həzrət Zəhra (s.ə) bu xütbədə Quranı öz əsl proqramı qərar verən cəmiyyətin imtiyazlarını saymış və maddi və mənəvi inkişafın sirrini bu mübarək səma kitabından bilmişdir. Xanım (s.ə) buyurur: “Bu kitab – Allahın sözləri, düzdanışan Quran, alovlanan nur və parlayan şüadır ki, bəyan və hüccətləri aydın, batini sirləri aşkar, zahiri cilvəli, davamçıları dünyanın qibtə etdikləridir”. Hər kim Quranın bizlər üçün bəyan etdiyi vacibatlara əməl edərsə, yeri İlahi Rizvandır. Necə ki, Quran müjdə verir: “Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 72). Həzrət Zəhranın (s.ə) mübarək sözlərində də İlahi razılığın əldə olunma rəmzi – Allahın Quranda buyurduğu göstərişlərə qulaq asmaq bəyan olunmuşdur. Xanım (s.ə) buyurur: “Həmin Quran ki, onun ardınca getmək insana (İlahi) razılığa tərəf rəhbərlik edər, ona qulaq asmaq nicata səbəb olar, onun vasitəsilə Allahın nurani hüccətlərinə, təfsir edilmiş əhkamlara, Allahın qadağan etdiyi haramlara, aydın dəlillərə, kifayət qədər bürhanlarına, müstəhəb fəzilətlərinə, Allahın vacib əhkamlarına çatmaq olar”. Xanım (s.ə) üzünü insanlara çevirib buyurur: “Ey müsəlmanlar! Yersiz sözlər eşitmək üçün tələsir və çirkin rəftarı görməməzliyə vurursunuz. Məgər Quran haqqında düşünmürsünüz? Ya ürəklərə möhür vurulmuşdur? Bəli, belədir. Bəlkə çirkin əməlləriniz ürəklərinizə zülmət gətirmişdir. Qulaq və gözünüzü əhatə etmişdir. Quran ayələrini pis təfsir etmiş, pis yolu ona göstərmişdir. Allaha and olsun ki, bu yükə dözmək sizin üçün ağır, aqibəti isə çətinliklə doludur. O zaman ki, pərdələr kənara çəkilər, ziyanları aydın olar. O şeyi ki, hesaba almamısınız, sizin üçün aşkar olar. Bu zaman batil əhli ziyankar olar”. Oxşar xəbərlər
|