Bir tərəfdən gərək Allahdan ruzi istəyək, o biri tərədən isə məbada həyatımız mal toplamaqla keçsin
Mьəllif: admin1
Tarix: 10-09-2017, 12:13
Bir tərəfdən gərək Allahdan ruzi istəyək, o biri tərədən isə məbada həyatımız mal toplamaqla keçsin
İmam Sadiq (ə) etdiyi duada buyurur: “Allahım! Məni dünya işlərində mal toplamaqla məşğul etmə”. Başqa bir tərəfdən Ramazan ayının dualarında oxuyuruq ki: “Allahım, məni ehtiyacsız et ki, ruzi işlərində əlim boş olmasın”.
Bir tərəfdən Allahdan ruzi istəyək və o biri tərədən isə məbada həyatımız mal toplamaqla keçsin.
Əgər insan bir şeyi dua edirsə, deməli həmin mövzu onun yanında əhəmiyyət kəsb edir. “Aşura” ziyarətində belə oxuyuruq:“Allahım! O şey ki, dünya və axirət istəklərindən mənim üçün əhəmiyyətlidir, inayət et”. Bu mövzu bizim baxış dairəmizdən asılıdır. O istək ki, bizim üçün əhəmiyyətlidir – onu ilk sırada qərar verir və onun üçün çoxlu dua edirik.

Adətən bizim istəklərimiz iki cür olur: biri qısamüddətli hacətlər və biri isə uzunmüddətli hacətlər. Qısamüddətli hacətlərdə insan müəyyən zaman ərzində dualar və istəklər edir. Misal üçün, insan xəstə olan zaman Allahdan şəfa istəyir.Uzunmüddətli maddi hacətlərdə alimlər məsləhət görür ki, ehtiyacından artığını dua etmə. Allahdan istə ki, səni ruzi mövzularında başqalarına möhtac etməsin, kifayətdir.

Dünya vasitədir, yoxsa hədəf?
Bu məsələ dua edənin dünya və özü ilə bağlı baxışlarından asılıdır. İnsanın dünyaya olan mövqeyinin rolu böyükdür. Əgər dünya onun üçün əsl həyatdırsa, deməli dünya onun üçün hədəfdir. Əgər axirət onun üçün əsl həyatdırsa, o zaman dünya onun üçün vasitə olar. Belə ki, İmam Əli (ə) buyurur: “Dünyanın xilqəti vasitə şəklindədir və özünün əsilliliyi yoxdur”.
Əgər insan xilqətinə nəzər salsaq görər ki, dünya onun üçün xəlq olmuşdur, o, dünya üçün deyil. Əgər dünya onun üçün xəlq olubsa deməli o, başqa bir dünya üçün xəlq olmuşdur. Nəticəsi bu olar ki, dünya o yerə qədər əhəmiyyətlidir ki, insanı həqiqi hədəfi olan axirətə çatdırar.
İmam Əli (ə) buyurur: “Allah dünyanı dünyadan sonra gələn şey üçün, yəni axirət üçün xəql etmişdir. Allah dünyada əhlini imtahana çəkər ki, hansının yaxşı əməl sahibi olduğu aydın olsun. Biz dünya üçün xəlq edilməmişik və onda səy göstərməyə də əmr olunmamışıq”.
Əziz Peyğəmbərimiz (s) buyurur: “Bəndə gərək dünyadan axirəti, həyatından ölümü, cavanlığından qocalığı üçün azuqə toplasın. Ona görə də dünya sizin üçün xəlq olunmuşdur və siz də axirət üçün xəlq olunmusunuz”.
Deməli, biz insanlar dünya üçün xəlq olunmamışıq, elə bir aləm üçün xəlq olmuşuq ki, ora cavidandır. Dünya vasitədir, hədəf deyildir. Bu vasitə bizi əbədi həyata qovuşdurar. Həzrət (s) buyurur ki, dünya sənin üçün xəlq olunmuşdur, ancaq sənin həqiqi yerin və məskənin axirətdir.
O kəslər ki, dünyadan başqasını görmürlər, İmam Əlinin (ə) buyurduğu kimi kordurlar. Çünki onlar dünyanı hədəf və əsl həyat hesab edirlər. Dünyanın arxasında baş verənlərdən xəbərsizdirlər. Ancaq bəsirətli insanlar dünyanı körpü kimi görər.


(Ayətullah Müctəbanın əxlaq dərslərindən)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930