Nəfsin islahı ilə bağlı ayətullah Seyyidəli Qazinin 3 tövsiyəsi
İslam dininin böyük alimlərindən olan Ayətullah Qazinin nəfsimizi islah etməklə bağlı 3 tövsiyəsi vardır. Bu böyük əxlaq müəllimi mənəviyyatın ali məqamına çatmaq üçün şagirdlərinə həmişə dəyərli məsləhətlər verərdi.
Bu tövsiyələrdən biri də hər gün Unvanəl-Bəsri hədisini oxumaq və onun barəsində təfəkkür etmək idi. Bu hədis İmam Sadiqdən (ə) nəql edilmişdir. Unvanəl-Bəsri nəql edir ki, İmama (ə) dedim: “Ey Əba Abdullah! Ubudiyyətin həqiqəti nədir?”. Buyurdu: “Ubudiyyətin həqiqəti üç şeydir. Budur ki, Allah bəndəsi o şeyi ki, Allah ona tapşırmışdır, öz mülkiyyəti bilməsin. Çünki Allah bəndəsi mülkiyyət sahibi deyildir. Malını Allahın malı bilsin. Onu Allahın əmr etdiyi işə qoysun. Allah bəndəsinin bütün məşğuliiyyəti o şeyə görədir ki, Allah ona əmr etmişdir. Ya da qadağan etmişdir. Allah bəndəsi Allahın ona tapşırdığı şeyləri öz mülkiyyəti bilməzsə, Allahın əmr etdiyi infaq onun üçün asan olar. Əgər Allah bəndəsi işlərin tədbirini Allaha tapşırsa, dünya müsibətləri onun üçün asan olar. O zaman ki, bəndə Allahın əmr etdiyini edər və qadağan etdiyini etməz – insanlar içində fəxr etmək və lovğalanmaq üçün fürsət tapmaz. O zaman ki, Allah bəndəsini bu üç şeylə əziz tutar, dünya və iblis onun üçün asan olar. Mal toplamaz, fəxr etməz və dünyanın dalınca getməz. İnsanların arasında olan dərəcəyə göz dikməz. Günlərini batil işlərlə keçirtməz. Bu, təvqanın ilk dərəcəsidir”. Dedim: “Ya Əba Abdullah! Mənə nəsihət verin”. Buyurdu: “Sənə doqquz şeyi nəsihət edirəm, onlar Allah yolunun yolçuluğuna iradə edənlər üçündür. Allahdan istəyirəm ki, əməldə sənə tofiq versin. Bu doqquz şeyin üçü nəfsin tərbiyəsinə görədir. Onlardan üçü səbrə görədir, üçü isə elmə görədir. Onları yadda saxla və məbada (əməldə) süstlük edəsən. Nəfsin tərbiyəsi barəsində olan şeylər odur ki, məbada bir şeyi yeyəsən ki, ona iştahan olmaz. Çünki nadanlığa səbəb olar. Bir şeyi ac olmamış yemə və bir şey yemək istəyəndə halalından ye. Allahın adını çək və Peyğəmbərdən (s) gələn hədisi yadda saxla. Həzrət (s) buyurur: “İnsan mədəsi kimi heç bir pis qabı doldurmaz. Əgər çarəsiz olsa, onun üçdə birini yemək, üçdə birini su və üçdə birini də nəfəs üçün (ayırsın)”. Səbir barəsində olan üç şey odur ki, əgər bir nəfər sənə desə ki, bir kəlmə desən onunu eşidərsən, ona de: “Əgər on kəlmə desən, birini belə eşitməzsən”. (Əgər) kimsə sənə söyüş söysə ona de: “Əgər dediklərində doğruçusansa, Allahdan istəyirəm ki, məni bağışlasın. Əgər dediklərində yalan deyirsənsə, Allahdan istəyirəm ki, səni bağışlasın”. Əgər kimsə sənə söyüş söymək vədi veribsə, ona xeyirxahlıq vədəsi ver. Elm barəsində olan üç şey odur ki, bilmədiklərini alimlərdən soruş. Məbada onlardan elə şey soruşasan ki, onları büdrədəsən. Onları imtahana çəkəsən. Məbada öz (rəyinə) görə bir işə qalxasan və o yerdə ki, yol vardır ki, ehtiyat et. Fitva verməkdən qaç, necə ki, vəhşi şirdən qaçarsan. Boynunu insanların keçid körpüsü qərar vermə”. Alimin ikinci tövsiyəsi budur ki, İlahi əmrlədən qəflət etməyin. Bütün qəflətlərin səbəbkarı ölümdən qəflət etməkdir. Ona görə də əgər bütün qorxu və vəsvəsələrdən amanda qalmaq istəyirsinizsə, daima ölümü xatırlayın. Üçüncü tövsiyəsi budur ki, təqliddən, beş üsula riayət etdikdən və vacibatlara əməl etdikdən sonra günü-gündən daha müti və təvazökar olmağa səy göstərmək. Hər namazdan sonra Xanım Zəhranın (s.ə) təsbini etmək, həmçinin “Ayətül-kürsü”nü oxumaq, şükür səcdəsi yerinə yetirmək, hər sübh namazından sonra “Yasin” surəsini oxumaq, hər gecə “Vaqiə” surəsini oxumaq, gecə nafilələrinə riayət etmək, yatmazdan əvvəl müstəhəbləri qiraət etmək, “Şəf” namazında “Nas” və “Fələqi”, “Vitr” namazında 70 dəfə istiğfar etməyi və hər səhər və axşam bu duanı 10 dəfə oxumaq tövsiyə olunur: لا اله الا الله وحده لا شریک له، له الحمد وله الملک وهو علی کل شی ء قدیر، اعوذ بالله من همزات الشیاطین واعوذ بک ربی ان یحضرون ان الله هو السمیع العلیم؛ ”/Deyerler.org/ Oxşar xəbərlər
|