İslam dini heyvanların da haqqına riayət etməyi tələb edir
Əgər Məsumlardan (ə) gələn hədislərə müraciət etsək görərik ki, İslam dini heyvanlara münasibətdə də diqqətli və onların haqlarına riayət edən ən üstün dindir.
Məsumlarımız (ə) bizləri daima heyvanlara əziyyət verməməyə və onların haqqına riayət etməyə dəvət etmişdilər. Belə ki, buyururlar: “Əgər kimsə boş yerə sərçəni öldürərsə, Qiyamət günü Allah dərgahında fəryad çəkib deyər: “Filankəs məni boş yerə öldürdü. Qoymadı ki, mən yerdəki həşəratlardan istifadə edəm və bir şey yeyəm””. İbni Abbas nəql edir ki, Peyğəmbər (s) əziyyət verəndən heyvandan başqa, heyvanları öldürməyi qadağan etmişdi. Həzrət Peyğəmbər (s) nəinki heyvanları öldürməyi qadağan edərdi, hətta əmr edərdi ki, gecə qaranlıqda elə yol getsinlər ki, xırda hərəşatları əzməsinlər. Peyğəmərimiz (s) icazə verməzdi ki, heyvanın qulağını və ya quyruğunu kəssinlər, o ki, qaldı öldürməyə. Həzrət Peyğəmbər (s) buyurur: “Allahın lənəti o kəsə olsun ki, heyvanları eybəcər hala salar”. Həzrət (s) buyurur ki, heyvanları qoruyan insana Allah savab verər. Həmçinin tövsiyə edərdi ki, heyvanları çox sağmayın ki, balaları üçün də bir şey qalsın. Heyvanların palanlarını öz yerində qərar verin və ağızlarına iti bir şey taxmayın. Çoxlu yük yükləməyin, minik yeri və ayaqlarının altı tərləməsin. Hədislərdə oxuyuruq ki, dördayaqlı minik heyvanlarının insanlar üzərində haqları vardır. O cümlədən: ondan düşən zaman qarşısına ot qoysun. Nə zaman suyun yanından keçsə, dayanıb suyu ona göstərsin. Üzünə vurmasın, çünki Allaha təsbih edər. Onun belini əyləşmək və ya moizə etmək yeri etməsin, məgər Allah yolunda. Gücü çatmayan yükü yükləməsin. Qüdrəti çatmayan qədər çapmasın. /Deyerler/ Oxşar xəbərlər
|