Ana və bala münasibətinə həsəd aparmaq yerinə, həyat yoldaşınızın yanında qərar tutun
Bu günün bəzi gəlinləri belə düşünür ki, heç bir ana gərək öz oğluna bağlı olmasın. Çünki onların nəzərinə görə, belə bir şey dünyanın heç bir yerində mövcud deyildir. Bu, çox yanlışdır. Çünki övladın anası ilə ürək bağlılığı olur və bunu asılı olmaq kimi izah etmək doğru olmazdı. Oğul asılı deyildir, o, həddi-büluğa çatıb və sərbəst insandır. Ancaq anası ilə sevgi və ürək bağları vardır. Lakin gəlinlər bu fenomeni asılılıq kimi görür və bu cür izah edirlər. Asılı olmaq ilə ürək bağlılığının fərqinin izahatını verək. Asılılıq odur ki, bir kəsi ona görə istəyirsən ki, ondan sənə mənfəət çatır. O, olmadan adi həyat sürməyin mümkün olmur. Bir növ xəstəlikdir və azadlıq hissini insandan alar. Ürək bağlılığı isə odur ki, həmin şəxsi yaxşılıq və pislikləri ilə istəyəsən və qəbul edəsən. Bu rabitədən mənfəət gösləməyəsən. Əgər ailə həyatının xoşbəxt olmasını istəyirsinizsə, gərək qız və oğlan valideynlərindən asılı olmasın, onlara bağlı olsun. Əgər hətta həyat yoldaşınız anasından asılıdırsa və onsuz boğazından su belə keçmirsə, o zaman nə etməli? İlk addımda qətiyyən çalışmayın ki, dava və kobudlik edərək anası ilə sizin aranızda seçim etsin. Bunu bilin ki, bu oyunda siz məğlub olarsınız. Bu rəftar ailənizdə ancaq gərginlik yaradar. Heç bir nəticə verməz. Əgər sevgi ilə həyat yoldaşınızı özünüzə tərəf çəkmək istəyirsinizsə, başqa sözlə desək, anasından uzaqlaşdırmaq istəyirsinizsə yenə də müvəffəq ola bilməyəcəksiniz. Həyat yoldaşınız əgər mənəvi həddi-büluğa çatarsa, o zaman həm anası üçün yaxşı övlad ola bilər, həm də sizin üçün yaxşı həyat yoldaşı. Ona görə də sizin ilk işiniz budur ki, həyat yoldaşınızın mənəvi büluğa çatmasına yardım edəsiniz. Həyatda olan əlaqələri arasında tarazlıq yaradasınız. Bu işi bir və ya iki ayda görmək olmaz. Əgər asılılıq həddən artıq çoxdursa, mütəxəssisə müraciət edə bilərsiniz. Yaxşı olar ki, siz özünüzlə mübarizə aparasınız və qayınananızı düşmən kimi görməsəyəsiniz. Əksinə, ona dost münasibəti bəsləyəsiniz. Oğlunun anasına bağlı olması anasının pis olması anlamına gəlmir. Bu hiss bəzən adət və ənənələrimizdən də gəlir ki, oğul və ya qız ailə qurandan sonra da öz analarından uzaqda qala bilmirlər. Onunla həddən artıq çox görüşmək istəyirlər. Ona görə də anaları da başa düşün və imkan verin ki, övladlarını doyunca görsünlər. Özünüz də ana olan zaman bunu başa düşəcəksiniz. Bir ana həmişə övladını görmək istəyər. Siz də yaxşı gəlin olmağa çalışın. Ana və bala münasibətinə həsəd aparmaq yerinə, həyat yoldaşınızın yanında qərar tutun. Ana ürəyinin sevgisini cəlb edin. Oxşar xəbərlər
|