Kəramətlə fəzilətin fərqi nədir?
Allahın insana əta etdiyi ən böyük nemətlərdən biri də insani kəramət və fəzilətidir. Kəramət bir şeyin zatının şərafətinə aid olan mövzudur. Fəzilət isə başqalarından üstün olmağına. İnsan kəramətini nümayiş etdirən cilvələrə: Allahın adlarına elmin olmasını, İlahi xəlifəlik məqamını, yeri və göyü onun üçün ram etməyi, bəsirəti misal göstərmək olar. İnsanın ən yaxşı məxluq olması - onun fəzilətinə aid mövzulardandır. İnsan o zaman başqalarından üstün olar və İlahi xəlifə adını qazanar ki, havayi-istəklərinə qalib gələ bilsin. Allah Təala insana həm kəramət və həm də fəzilət vermişdir. Kəramət dedikdə başqası nəzərdə tutulmaz, həmin sifət insanın özünə dəlalət edər. Lakin fəzilət dedikdə iki nəfərin olması zəruridir ki, onlardan birinə daha çox əta olunar. Başqa sözlə desək, insan kəraməti dedikdə o nəzərdə tutulur ki, insan varlıq baxımından həqiqətən üstünlüyə malikdir. Allah insanı başqalarından üstün xəlq etmişdir. Lakin fəzilət dedikdə Allah başqa varlıqlara verdiyindən daha çoxunu insana vermişdr. Mümkündür ki, insana elə bir şey əta olunar ki, heyvana ondan əta olunmamışdır. Bəziləri belə düşünür ki, kəramət zata və təbiətə aid bir mövzudur. Lakin fəziləti insan çalışaraq əldə edər. Yəni kəramət elə bir nemətdir ki, Allah onu zati olaraq insana vermişdir. Lakin fəziləti İlahi tofiq sayəsində əldə edər. Bəziləri belə düşünür ki, kəramət dünya nemətlərinə, fəzilət isə axirət nemətlərinə aiddir. Kəramət insanın vəzifəsinin düzgün yerinə yetirməsinə səbəb olar, fəziləti isə insanın daha ali məqamlara çatmağına səbəb olar. Kəramət insanın zatiına aid olduğu üçün Quranda ona işarə edilmişdir. 1. Adlara qarşı elm. Quranın nəzərinə görə, ancaq insan Allahın adlarını bilməyə layiqdir. “Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa, bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin»”. (“Bəqərə” 31). 2. Xəlifəlik. Quranın nəzərinə görə, insan xəlifə olmağa layiq varlıqdır. Allah insanı yer üzündə Öz canişini elan etmişdir. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. (“Bəqərə” 30). 3. Onun üçün yeri və göyü tutmaq. Allah yeri və göyü və onda olanları öz xəlifəsi üçün ram etmişdir ki, orada yaşaya bilsin. “Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi”. (“Casiyə” 13). 4. Bəsirət. Quran ayələri insanı mədh edir və buyurur ki, onun bəsirəti vardır. “(Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir”. (“Qiyamət” 14). /Deyerler.org/ Oxşar xəbərlər
|