Səbir nümunəsi Həzrət Zeynəbin (s.ə) mövludu mübarək!
Həzrət Zeynəb (s.ə) hicri ilinin 5 və ya 6-cı ilində cəmadiül-əvvəlin 5-də Mədinədə dünyaya gəlmişdir. Nəvəsinin dünyaya gəlişi xəbəri Həzrət Peyğəmbərə (s) çatır və Həzrət (s) səfərdən qayıdan kimi qızının evinə tələsir.
Həzrət Fatimə (s.ə) kiçik qızını sinəsinə basmışdı və üzündən öpüb, sevimli atasına verdi. Peyğəmbər (s) əziz nəvəsini qucağına aldı və üzünü onun üzünə qoydu. Sonra da göz yaşı tökməyə başladı. Həzrət Fatimə (s.ə) bu səhnəni görən zaman narahat oldu və atasına dedi: “Atacan, niyə ağlayırsan?”. Həzrət (s) buyurdu: “Ağlamağım ona görədir ki, mənim və sənin ölümündən sonra bu sevimli qızımızın qəmli taleyi olacaqdır. Gözümdə canlandı ki, o, necə müsibətlərlə üzləşəcəkdir. Necə böyük müsibətləri Allah rizası üçün açıq qucaqla qarşılayacaqdır”. Sonra qızına xitab edərək buyurdu: “Ey mənim bədənimin parçası və gözümün nuru Fatiməcan, hər kim Zeynəbə (s.ə) və onun müsibətlərinə ağlayarsa, ona elə kəsin savabını verərlər ki, iki qardaşı - Həsən (ə) və Hüseyn (ə) üçün ağlamışdır”. Həzrət Zeynəb (s.ə) risalət ailəsində göz açmış və yerimişdi. Həzrət Peyğəmbərin (s) tərbiyəsini görmüşdü. Həzrət Zəhradan (s.ə) süd içmişdi. İmam Əlinin (ə) əlindən yemək yemişdi. Beş Ali-Əba onu tərbiyə etmişdi. Hər bir ataya övladı olduğu üçün müjdə verəndə sevinər. Ancaq Əmirəl-möminin (ə) belə deyildi və hər bir övladı dünyaya gələn zaman yeni bir qəm ona yüklənirdi. Nəql edilir ki, xanım Zeynəb (s.ə) dünyaya gələn zaman İmam Hüseyn (ə) İmam Əlinin (ə) yanına gəlir və deyir: “Ey ata! Yaradan Allah mənə bir bacı əta etdi”. İmam (ə) bu sözləri eşidən zaman özündən asılı olmayaraq göz yaşı tökməyə başladı. İmam Hüseyn (ə) bu mənzərəni görüb qəmləndi, çünki müjdə vermək üçün gəlmişdi. Bu müjdəsi müsibətə səbəb oldu. Ona görə dedi: “Ata, qurban olum, mən sizə müjdə gətirdim, siz ağlayırsınız. Səbəbi nədir və bu göz yaşı nə üçündür?”. İmam (ə) oğlunu ağuşuna basdı və nəvaziş edib buyurdu: “Nur görmüş! Çox çəkməz ki, bu göz yaşı aşkar olar”. Səlman da bu müjdəni Peyğəmbərə (s) verən zaman o Həzrət (s) də İmam Əli (ə) kimi qəmgin və hüznlü olur. Həzrət Zeynəbin (s.ə) ləqəbləri: Siddiqeyi-Suğra, Əqilə, Arifə, Fazilə, Kamilə. Künyəsi: Ümmi Gülsüm. Mövludun mübarək ey Siddiqeyi-Suğra! Mövludun mübarək ey Əba Abdullahın (ə) sevimli bacısı! Mövludun mübarək ey səbir nümunəsi! /Deyerler.org/ Oxşar xəbərlər
|