İnsanın üstünlüyünün dəqiq meyarı
Əbu Həmzə nəql edir: “Həzrət Əli ibni Hüseynin (ə) xidmətində idim və bir nəfər gəldi və dedi: “Ey Əba Muhəmməd! Mən zinaya giriftar olmuşam. Bir gün zina edirəm, sabahısı günü oruc tuturam. Mənim bu orucum zinanın kəffarəsi ola bilərmi?”. İmam (ə) buyurdu: “Allah Təala yanında əmrinə itaət olunmasından sevimli bir şey yoxdur. Ona görə də nə zina et, nə də oruc tut”. Sonra İmam (ə) onu yanına çağırdı və əlindən tutub ona buyurdu: “Cəhənnəm əhlinin işini görürsən, behiştə getməyi ümid edirsən”. İmam Baqir (ə) buyurur ki, Peyğəmbər (s) səhabələrindən bir dəstə əyləşmişdi və öz nəsil-nəcabətlərindən danışırdılar. Bir-biri ilə nəsillərinə görə fəxr edirdilər. Həmin dəstədə qərar tutanlardan biri də Salman idi. Ancaq danışmırdı. Səhabələrdən biri onun nəsli ilə maraqlandı. Salman dedi ki, Allah bəndəsinin oğludur. Allah onu Həzrət Muhəmmədin (s) vasitəsilə hidayət etdi. Yoxsul idi və Allah Təala Həzrət Muhəmmədə (s) xatir onu zəngin etdi. Qul idi və Allah Təala onu Həzrət Muhəmmədin (s) vasitəsilə azad etdi. Yəni bu, onun nəsli və nəcabətidir. Sonra Peyğəmbər (s) yerindən qalxıb getdi. Salman həmin səhabənin sualını və öz cavabını Həzrətə (s) bəyan etdi. Peyğəmbər (s) buyurdu: “Ey Qureyş dəstəsi! İnsanın dindəki şərafəti dəyərli əxlaqında və ağlının köklərindədir. Allah Təala buyurur:“Şübhəsiz ki, sizlərin Allah yanında ən böyüyü (üstünü) - sizin ən çox təqvalı olanlarınızdır”. Sonra üzünü Salmana çevirib buyurdu: “Bunlardan heç birinin İlahi təqvadan başqa sənə üstünlükləri yoxdur. Əgər sən onlardan təqvalısansa, onlardan üstünsən””. İmam Sadiq (ə) nəql edir ki, Salmanla bir kişi arasında söhbət olur. Kişi Salmana deyir: “Kimsən və nəçisən?”. Salman cavab verir:“Mənim və sənin əvvəlin napak nütfə olmuşdur, mənimlə sənin sonun pis iy verən murdardır. O zaman ki, Qiyamət olar və tərəzini qoyarlar o kəsin ki, əməli yüngüldür - alçaq və xardır. O kəsin ki, əməli ağır olar, şübhəsiz ki, böyükdür”. İmam Əlinin (ə) tərəfdaşlarından olan bir kişidən nəql edirlər ki, deyib: “Allah dostlarından biri Allah düşmənlərinin birinin kənarında qərar tutur. Allahın dostu deyir: “Yaxşı aqibət təqvalılara aiddir”. O biri kişi deyir: “Yaxşı aqibət zənginlərə aiddir”. İblis (lən) Allah düşməninin sözünü təsdiq edir və deyir: “Sən dediyin kimidir””. Alimdən soruşurlar ki, təqva nədir? Deyir: “Tikanla dolu olan səhraya getmisənmi?”. Deyirlər ki, bəli. Deyir: “Necə o tikanlı yolda gedə bilirsiniz?”. Dedilər: “Paltarımızın ətəyini tuturuq və bədənimizi qoruyuruq ki, tikan bizə yapışmasın. Bədənimizə batmasın”. Deyir: “Təqva bundan başqası deyildir. Gəlin Allah yolunda irəliləyən zaman bütün günahlardan uzaq olaraq bu tikanlılıqlardan paltarımızı və bədənimizi qoruyaq”. Bir arif köynəyini səhrada yuyurdu. Dostu ona dedi: “Yuyulmuş bu köynəyi çoxlu ağacı olan bağın divarına asaq”. Arif dedi: “İnsanların divarına mıx vuraq?”. Deyir: “Ağacın üstünə sərək”. Arif deyir: “Paltarın ağırlığı budağı sındırsın?”. Deyir: “Yerə sərək”. Arif deyir: “Otlar dördayaqlıların yeridir və düzgün deyildir ki, bu otu onların gözündən gizlədək”. Ona görə də köynəyi öz belinə sərdi ki, günəşin istiliyi onu qurutsun. Oxşar xəbərlər
|