Müctəhidlərin zəncirvari mesajlar haqqında istiftatı
Mьəllif: admin1
Tarix: 1-11-2017, 10:43
Müctəhidlərin zəncirvari mesajlar haqqında istiftatı
Müctehidlərin bu barədə hökmlərini təqdim edir.

Məsələn: Altı milyon salavat İmam Hüseynin (ə) südəmər balası Əli-Əsğərə təqdim olunur. Sizində payınıza altı salavat deməklə bu mesajı altı imam Hüseyn (ə) aşiqlərinə göndərmək düşür. Xahiş olunur, bu zənciri qıranlardan olmayın. Mesajı oxuyan kimi siz də səkkiz dəfə "Ya Əbəlfəzl!" deyərək, bunu səkkiz nəfərə göndərin. Elə indi gözəl xəbər eşidəcəksiniz.

Ayətullah Safi Qulpəyqani: Ümumiyyətlə, bu kimi mesajların gərək düzgün sənədi olsun. Əks halda belə mesajların yayılması caiz (düzgün) deyil. Bu işlərdən çəkinmək lazımdır.

Ayətullah Seyyid Əli Xamenei: Bu mesajların heç biri həqiqət deyil və etibarsızdır. Haramdır.

Ayətullah Məkarim Şirazi: Bu işlərin heç birinin etibarı yoxdur. Yaxşı olar ki, camaat bu işlərə əl qoymasınlar.

Ayətullah Musəvi Ərdəbili: Bu növ yazılar etibarsızdır.

Ayətullah Hüseyni Zəncani: Belə mesajlardan istifadə etmək şəriət və dini gözdən saldığı üçün caiz (düzgün) deyil.

Bunun üçün də bu mesajları alanlara vacib deyil bunları paylaşsınlar. Onlar ki, deyirlər bunu neçə adama göndərin ki, hacətinizə çatasınız, bilin ki, Yəhudi din xadimi Henri deyib: Biz zəncirvari mesajlar hazırlayaraq və Peyğəmbərlə (s) imamların (ə) adlarını qeyd etməklə, "bunu 10 nəfərə göndərin ki, möcüzə görəsiniz" yazmaqla zaman-zaman onların heç bir möcüzə görməməsi nəticəsində bunların xurafat olduğunu dərk edərək yavaş-yavaş öz dinlərindən də soyuyub imanlarını da əldən verəcəklər.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930