Namazlardan sonra “Salavat ayəsi”ni oxumaqdan qafil olmayaq – mükafatı 100 hacətdir
Mьəllif: admin1
Tarix: 28-02-2022, 11:08
Namazlardan sonra “Salavat ayəsi”ni oxumaqdan qafil olmayaq – mükafatı 100 hacətdir
Hər namazdan sonra oxuğumuz "Salavat” ayəsinin - "Əhzab” surəsinin 56-cı ayəsinin savabı nədir?

Həzrət Peyğəmbərin (s) məqamı o qədər ucadır ki, varlıq aləminin Xaliqi və mələklər o Həzrətə (s) salavat göndərirlər.

Allah Təala bu ayədə buyurur: "Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. ("Əhzab” 56).

O, varlıq aləminin dəyərli gövhəridir. Əziz Peyğəmbərimiz (s) elə bir insan idi ki, insanların arasından çıxmışdı, ancaq o, adi insan deyildi. Elə bir insan idi ki, varlıq aləmi onun vücudunda cəm olmuşdu.

İmam Kazım (ə) buyurur: "O kəs ki, sübh və məğrib namazlarından sonra, ayağa qalxmazdan və kiminləsə söhbət etməzdən əvvəl "Əhzab” surəsinin 56-cı ayəsini oxuyarsa və sonra salavat göndərərsə, Allah onun 100 hacətini yerinə yetirər ki, onların yetmiş hacəti dünyada və otuz hacəti axirətdədir”.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Əgər kimsə namaz qılından və Həzrət Fatimənin (s.ə) təsbihindən sonra bu duanı oxuyarsa:

لَا إِلَهَ إِلَّا الله، إِنَّ اللهَ وَ مَلائِکَتَهُ‏ یُصَلُّونَ عَلَى النَّبِیِّ یا أَیُّهَا الَّذِینَ آمَنُوا صَلُّوا عَلَیْهِ وَ سَلِّمُوا تَسْلِیماً، لَبَّیْکَ رَبَّنَا وَ سَعْدَیْکَ، اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَلَى أَهْلِ بَیْتِ مُحَمَّدٍ وَ عَلَى ذُرِّیَّةِ مُحَمَّدٍ وَ السَّلَامُ عَلَیْهِ وَ عَلَیْهِمْ وَ رَحْمَةُ اللهِ وَ بَرَکَاتُهُ، وَ أَشْهَدُ أَنَّ التَّسْلِیمَ مِنَّا لَهُمْ وَ الْإِیمَانَ بِهِمْ وَ التَّصْدِیقَ لَهُمْ، رَبَّنا آمَنَّا وَ صَدَّقْنَا وَ اتَّبَعْنَا الرَّسُولَ‏ وَ آلَ الرَّسُولِ فَاکْتُبْنا مَعَ الشَّاهِدِینَ، اللَّهُمَّ صُبَّ عَلَیْنَا الرِّزْقَ صَبّاً صَبّاً بَلَاغاً لِلْآخِرَةِ وَ الدُّنْیَا مِنْ غَیْرِ کَدٍّ وَ لَا نَکَدٍ، وَ لَا مَنٍّ مِنْ أَحَدٍ مِنْ خَلْقِکَ إِلَّا سَعَةً مِنْ رِزْقِکَ وَ طَیِّباً مِنْ وُسْعِکَ مِنْ یَدِکَ الْمَلْأَى عَفَافاً، لَا مِنْ أَیْدِی لِئَامِ خَلْقِکَ، إِنَّکَ عَلى‏ کُلِّ شَیْ‏ءٍ قَدِیرٌ، اللَّهُمَّ اجْعَلِ النُّورَ فِی بَصَرِی وَ الْبَصِیرَةَ فِی دِینِی وَ الْیَقِینَ فِی قَلْبِی وَ الْإِخْلَاصَ فِی عَمَلِی وَ السَّعَةَ فِی رِزْقِی وَ ذِکْرَکَ بِاللَّیْلِ وَ النَّهَارِ عَلَى لِسَانِی وَ الشُّکْرَ لَکَ أَبَداً مَا أَبْقَیْتَنِی، اللَّهُمَّ لَا تَجِدُنِی حَیْثُ نَهَیْتَنِی وَ بَارِکْ لِی فِیمَا أَعْطَیْتَنِی، وَ ارْحَمْنِی إِذَا تَوَفَّیْتَنِی، إِنَّکَ عَلى‏ کُلِّ شَیْ‏ءٍ قَدِیرٌ»،

Allah onun bütün günahlarını bağışlayar və həmin andan, gündən, aydan və ildən gələn ilə qədər ona nadanlıqdan, ehtiyaclılıqdan, dəlilikdən, cüzamdan, pis ölümdən, yerdən və göydən nazil olan hər bir bəla və giriftarlıqdan afiyət bəxş edər. Bunun savabı təbii ki, behiştdir”.

Bu duanın tərcüməsi belədir: "Allahdan başqa Məbud yoxdur. Həqiqətən, Allah və mələkləri Peyğəmbərə (s) salam verirlər. Ey o kəslər ki, iman gətirmisiniz! Ona salam göndərin və ona təslim olun.

Ey bizim Pərvərdigarımız! Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə), Əhli-beytinə (ə) və Həzrət Muhəmmədin (s) övladlarına salam göndər, Allahın salamı, rəhməti və bərəkəti ona olsun.

Şəhadət verirəm ki, biz onlara təslimik. Onlara iman gətirmiş və onları doğruçu hesab edirik. Allahım! İman gətirmişik və təsdiq etmişik və Peyğəmbər (s) və ailəsinin ardıcılı olmuşuq. Ona görə də bizləri də şəhadət verənlərdən yaz.

Allahım! Bizi dünya və axirət istəklərimizə çatdıran ruzini bizə çoxlu-çoxlu yağdır. Çox çalışıb az əldə etməkdən, ya xəlq etdiklərindən kimsə bizə minnət qoymaqdan uzaq olaraq. Geniş və pakizə ruzini Öz rəhmətli əllərinlə, nəinki xəlqin əli ilə (bizə əta et).

Allahım! Gözlərimə aydınlığı, dinimə bəsirəti, əməlimdə ixlası, ruzimdə genişliyi, gecə və gündüz xatırlamanı dilimdə qərar ver. Sənə şükür etməyimi davamlı olaraq mənə əta et o zamana qədər ki, dünyadayam.

Allahım! Məni heç bir zaman qadağan buyurduğun yerlərdə tapma və o şeyi ki, əta etmisən, çox xeyirli və bərəkətli et. O zaman ki, canımı alacaqsan, mənə rəhm et, həqəqətən də Sən hər şeyə Qadirsən!”.

Baxmayaraq ki, "Əhzab” 56 ayəsini hər bir zamanda və məkanda oxumaq mümkündür, lakin İmam Əlidən (ə) gələn hədisə görə bu ayəni eşidən zaman çoxlu salavat demək lazımdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930