Düşməninə dərman verən İmam (ə)
Mьəllif: admin1
Tarix: 3-10-2020, 21:46
Düşməninə dərman verən İmam (ə)

Ali-Muhəmmədin (ə) ən böyük düşməni olan Abbasi xəlifəsi Mütəvəkkilin vəziyyəti ağır idi. Yataq xəstəsi olduğu üçün bədənində yaralar meydana gəlmişdi.

Özünü və ətrafında olanları əldən salmışdı. Həkimlərdən heç biri ona yaxınlaşmağa cürət etmirdi. Mütəvəkkilin anası bu səhnələri görən zaman çox qəmgin olurdu.

Nəzir edir ki, əgər övladı yaxşı, olsa İmam Hadiyə (ə) böyük hədiyyə edəcəkdir. Elə həmin günlərdə saray əhlindən biri olan Fəth ibni Xaqan xəlifəyə yaxınlaşıb deyir:

“Ey xəlifə! Kaş ki, İmam Hadinin (ə) yanına adam göndərib, ona suallar verəydiniz. Onun yanında bəlkə elə yollar vardır ki, işinizi rahatladar”.

Bu sözlərdən sonra xəlifə İmamın (ə) yanına adam göndərir. Həmin şəxs xəlifənin xəstəliyindən söz açır və həmin adam qayıdan zaman İmam (ə) ona bir neçə tövsiyə vermişdi.

Buyurmuşdur ki, qoyunun peyinini əzmək və ya yağını çıxardıb gülabla qarışdırmaq və sonra da həmin yaraların üstünə qoymaq lazımdır.

Həmin şəxs bunları deyən zaman hamı gülməyə və o şəxsə məsxərə etməyə başladı. Saray əhli olan Fəth dedi: “Allaha and olsun ki, o, dediklərinə qarşı agahdır”.

Özü həmin dərmanı hazırlayıb xəlifənin yarasının üzərinə qoydu. Xəlifə sakitləşdi və dərin yuxuya getdi. Yaralar da açıldı və içərisində olan bütün çirki bayıra tökdü.

Xəlifənin sağalmaq xəbəri anasına çatdı. O, da on min dinarı bir kisəyə qoydu və möhürü ilə möhürləyib, İmama (ə) göndərdi. Mütəvəkkil də bu xəstəlikdən tamamilə sağaldı və ayağa qalxdı.

Günlər keçdi və İmamın (ə) insanların arasındakı etibar və şöhrəti yayılmağa başladı. Bir çox naqislər xəlifəyə şikayət üçün gəlib dedilər: “Nə oturmusan. Əli Nəqi (ə) və bu qədər rahatlıq?! O, sənə qarşı silah və düşmən toplamaqla məşğuldur”.

Xəlifəni elə bir ilan sancdı. Bu, ilk belə hal deyildir, bir neçə dəfə də belə olmuşdu. O, həmin məlun idi ki, Əba Abdullahın (ə) əzəmətini eşitməyə dözə bilməyib, onun hərəmini yerlə yeksan edib şumlatdırmışdı.

Bu dəfə də yerindən qalxdı və Səyid Hacəbə əmr etdi ki, gecə vaxtı İmamın (ə) evinə hücum etsin. Yanında nə qədər pul və silahı varsa, gətirsin.

Səyid nəql edir: “Gecə yarısı İmamın (ə) evinin ətrafına töküldük. Mən özümlə nərdivan aparmışdım və dama qalxdım. Evin girişinin haradan olduğunu bilmirdim və ayağım əzildi.

İmam (ə) bu səs-küyü eşidib buyurdu: “Ey Səyid! Yerində qal, deyim sənə şam gətirsinlər”.

Bir az sonra şamı gətirdilər və mən evin həyətinə tullandım. Gördüm ki, Həzrət (ə) yun əba geyinib və əmmaməsi də başındadır mənə tərəf baxır.

İmamın (ə) səccadəsi qarşısında idi və mən başa düşdüm ki, namaz qılırdı.

Mənə buyurdu: “Bu otaqlar sənin ixtiyarındadır”. Mən də otaqlara getdim, ancaq bir şey tapmadım. Sonuncu otağa daxil olan zaman xəlifənin anasının möhürü olan bir kisə pul tapdım.

Onu götürüb bayıra çıxdım və İmam (ə) mənə buyurdu: “Bu canamazı da axtar”. Mən onu götürdüm və altından paslanmış və bəzəyi olmayan bir qılınc çıxdı. Bunları götürüb xəlifənin yanına gəldim.

Anasının möhürünü görüb, onu çağırdı. Anası gələn zaman dedi: “Oğlum! Yadındadırmı ki, yataq xəstəsi idin.

Həlak olurdun? Mən də sənin həyatından ümidsiz olmuşdum və nəzir etdim ki, əgər sağalsan, öz malımdan on min dinarı İmam Hadiyə (ə) göndərəcəyəm.

Bu da mənim möührümdür”. Xəlifə başını aşağı saldı və gözlərini əllərinin arasında gizlətdi. Əmr etdi ki, ağzı açılmamış həmin kisəni yenidən bağlayıb və on min dinarı olan başqa bir kisə pulla birlikdə və həmin qılıncla bir yerdə İmamın (ə) evinə aparım.

İmamın (ə) sükut etməsi mənə əziyyət verirdi. Bu şeyləri xəcalətli halda evin içinə qoydum, dərindən nəfəs alıb dedim: “Ey mənim ağam! Tərəf müqabilim siz olan zaman bu vəzifəni yerinə yetirmək mənim üçün nə qədər də çətindir!”.

İmam səmaya baxıb buyurdu: “O kəslər ki, zülm edirlər, tezliklə başa düşəcəklər ki, aqibət intizarlarınlarındadır”.

Mən o gün bilmirdim ki, Mütəvəkkil İmamı (ə) zəhərlə öldürmək istəyir”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930