Axirət əzabından qorxan qadın
Mьəllif: admin1
Tarix: 27-10-2021, 21:44
Axirət əzabından qorxan qadın

Hamilə bir qadın Əli (ə)-ın yanına gəlib dedi: – Zina etmişəm, məni pakla, Allah sənə kömək olsun!

Çünki zinanın dünyadakı işkəncə və əzabı sonu olmayan axirət cəzalarından çox-çox asandır.

Əli (ə) heç nə eşitməmişdir kimi, buyurdu: – Səni nədən paklayım?

Qadın: – Zinadan.

Əli (ə): – Ərin varmı?

Qadın: – Bəli.

Əli (ə): – Bu əmələ mürtəkib olduğun zaman ərin səfərdə idi, yoxsa evdə?

Qadın: – Evdə idi.

Əli (ə): – Hələlik qayıt, övladını dünyaya gətirdikdən sonra gələrsən, səni paklayaram.

Qadın o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaş-dıqda Əli (ə) dedi: – "Pərvərdigara! Bu bir şəhadət."

Bir müddətdən sonra o qadın yenidən Əli (ə)-ın yanına gəlib dedi: – Övladımı dünyaya gətirdim, məni pakla!

Bu zaman İmam Əli (ə) sanki əvvəllər onun barəsində heç nə bilmirmiş kimi, buyurdu: – Səni nədən paklayım?

Qadın: – Zina etmişəm, məni pakla.

Əli (ə): – Bu əmələ mürtəkib olduğun vaxt ərin var idimi

Qadın: – Bəli.

Əli (ə): – O zaman ərin səfərdə idi, yoxsa evdə?

Qadın: – Evdə idi.

Əli (ə): – Get, Allahın göstərişinə uyğun olaraq, iki il tamam övladına süd ver.

Qadın qayıtdı, o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaşdıqda Əli (ə) dedi: "Pərvərdigara! Bu iki şəhadət."

İki ildən sonra qadın yenidən qayıdıb dedi: – Ya Əmirəl-möminin! Övladıma iki il tamam süd verdim, məni pakla.

Əli (ə) sanki xəbərsizmiş kimi, əvvəlki sualları yenidən təkrarladı və sonra ona buyurdu: – İndi get, övladını özü yeməyə qadir olduğu vaxta qədər saxla ki, damdan yıxılmasın, quyuya düşməsin.

Qadın ağlar halda o Həzrətin yanından qayıtdı, o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaşdıqda İmam (ə) dedi: "Pərvərdigara! Bu üç şəhadət."

Əmr ibni Həris Məxzumi yolda o qadınla rastlaşıb dedi: – Ey Allahın bəndəsi! Nə üçün ağlayırsan? Mən gördüm ki, sən Əlinin yanından gəlirsən və səni paklamasını istəyirdin.

Qadın dedi: – Bəli, Əli (ə)-ın yanına getdim ki, məni paklasın. O isə "get, yeyib-içməyə qadir olduğu vaxta qədər övladını saxla" - deyə buyurdu. Qorxuram ki, o vaxta qədər əcəlim çatsın, amma məni (bu günahdan) paklamasın.

Əmr dedi: – Əli (ə)-ın yanına qayıt, mən sənin övladını himayəmə götürürəm.

Qadın Əli (ə)-ın yanına qayıdaraq Əmrin sözlərini çatdırdı. Həzrət sanki bu barədə əvvəlcədən heç bir məlumatı yoxmuş kimi, soruşdu: – Əmr nə üçün sənin övladına himayədarlıq etməlidir?

Qadın: – Ya Əmirəl-möminin! Zina etdiyimə görə məni pakla!

Əli (ə): – O zaman ərin var idi, ya yox?

Qadın: – Bəli, ərim var idi.

Əli (ə): – O zaman ərin evdə idi, yoxsa səfərdə?

Qadın: – Evdə idi.

Sonra Əli (ə) üzünü asimana tutaraq, Allah dərgahına belə ərz etdi: "Pərvərdigara! Dörd dəfə (günahını) iqrar etməklə ilahi cəza ona sabit (vacib) olur.

Sən Öz Peyğəmbərinə xəbər verərək buyurmusan ki, "bir kəs Mənim hədlərimdən (təyin etdiyim cəza qanunlarımdan) birini tətil etsə (icra etməsə), Mənimlə düşmənçilik etmişdir."

Pərvərdigara! Mən Sənin hüdudlarını (cəza qanunlarını) heç vaxt tətil etmərəm, Səninlə düşmən olmaq fikrində deyiləm və Sənin hökmlərini zay etmərəm. Mən Sənin əmrinə itaət edir və Peyğəmbərinin sünnəsinə tabe oluram."

Əmr ibni Hərisin gözü o Həzrətin üzünə sataşdıqda mübarək üzünün qəzəbdən qıp-qırmızı olduğunu gördü və ərz etdi: – Ya Əmirəl-möminin! Mən güman edirdim ki, bu işdən sevinəcəksən. Amma narahat olduğunu gördükdə, artıq o qadının övladını himayəmə götürmürəm!

İmam (ə) buyurdu: – O qadın dörd dəfə iqrar etdikdən sonra onun övladını himayənə götürürsən?! (Sonra minbərə çıxıb Qənbərə buyurdu:)–Hamıya elan et, camaat namazı üçün hazır olsunlar.

Qənbər elan etdi və hamı axışaraq məscidə gəldi. Tez bir zamanda məscid adamla doldu. Bu zaman Əli (ə) ayağa qalxıb Allaha həmd-səna etdikdən sonra buyurdu: – Ey insanlar! Sizin rəhbəriniz bu qadına ilahi hədd vurmaq üçün Kufədən kənara getmək və sizi də özü ilə aparmaq istəyir. Çölə çıxdığınız vaxt daşları əllərinizdə hazırlamalı və evlərinizə qayıdana qədər bir-birinizi tanımamalısınız.

Sonra minbərdən endi. Sabahı gün sübh qaranlığında o qadınla birlikdə çıxdılar. Hamı üzünü örtmüş və daşları əlində saxlamışdı.

O Həzrət şəhərin kənarına çatdıqda hazır olanlara buyurdu: – Ey camaat! Allah Peyğəmbər (s.ə.v.v)-lə bir əhd bağladı. Peyğəmbər də həmin əhdi mənimlə bağladı (və buyurdu) ki, hər kəs müəyyən bir həddə (ilahi cəzaya) layiq olsa, onda başqasına hədd vurmamalıdır. Sizlərdən həmin həddə (cəzaya) layiq olanlar gərək (bu qadına) hədd vurmasın.

Sonra hamı qayıtdı, yalnız o Həzrətin özü, Həsən və Hüseyn o qadını daş-qalaq etdilər.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930