Ən ayıq və ən zirək insan kimdir?
Mьəllif: admin1
Tarix: 4-02-2018, 16:42
Ən ayıq və ən zirək insan kimdir?

İmam Əli (ə) nəql edir ki, Peyğəmbər (s) buyurub: “Ən zirək və ən ayıq insan o kəsdir ki, özünü hesaba çəkər və öz ölümündən sonra iş görər”.

Bu hədisi eşidən bir nəfər soruşur: “Ey Əmirəl-möminin! Nəfsimizi necə hesaba çəkək?”.

İmam Əli (ə) buyurur: “O zaman ki, səhəri edər və sonra həmin gün sona çatar, insan özünə qayıtsın və xitab edərək desin: “Ey nəfs! Bu gün elə bir gün idi ki, səndən artıq keçdi və heç bir zaman geri qayıtmayacaqdır.

Allah sənə sual verəcəkdir ki, bu günü hansı yolla sona çatdırdın və onda nə iş gördün? Allahı yada saldın və ona sitayiş etdinmi?

Möminlərin ehtiyacını yerinə yetirdinmi? Möminin qəmini aradan apardınmı?

Mömin olmayan zaman ailəsi və övladları yanında abırını qorudunmu? Möminin arxasınca qeybət etməkdən özünü saxladınmı?

Müsəlmana yardım etdinmi? Sən bu gündə nə etdin?

Əgər cavabında desə ki, yaxşı işlər görmüşəm, Allaha şükür et. Sənə nəsib etdiyi tofiqə görə təkbir de. Əgər desə ki, günah etmişəm və ya səhlənkarlıq etmişəm, Allah dərgahında istiğfar et və bağışlanma istə. Qərara al ki, bir daha günahı təkrar etməyəcəksən”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031