Başqa günahlar üçün açar rolunu oynayan günahlar
Mьəllif: admin1
Tarix: 6-02-2018, 10:25
Başqa günahlar üçün açar rolunu oynayan günahlar

Bəzi eyblər və günahlar başqa günahlar üçün açar rolunu oynayar. Bu günahlarla tanış olaq:

1. Həsəd. Həsəd insanları bir çox günahlara, o cümlədən: töhmətə, yalana, sui-zənnə vadar edər. İmam Sadiq (ə) buyurur: “Necə ki, atəş odunu udar, həsəd də imanı udar”. Həsəd aparan insan rəqibini məğlub etmək üçün hər bir günaha əl atar.

2. Hərislik və simiclik. Simic insan zəkat verməkdən boyun qaçırdar. İnsanlar adətən simic insanlardan narahat olarlar, bu da sui-zənnə səbəb olar. Əmirəl-möminin (ə) buyurur: ”Simiclik bütün pislikləri toplayandır. Və yüyəni vardır ki, bütün pislikləri özünə tərəf çəkər”. Hərislik də bir çox günahlar üçün zəminə hazırlayar. O cümlədən: fırıldaqçılıq, malı satmaqda insafsızlıq, möhtəkirlik çəkidə aldatmaq, rüşvətxorluq, yaltaqlıq...

3. Yalan. İnsan yalan danışaraq, günahlarının üzərini örtmək istəyər. Bu yolla başqa günahlara düçar olmuş olar. İmam Həsən Əsgəri (ə) buyurur: “Bütün pisliklər bir otaqda qərar verilmişdir, açarı isə yalandır”.

4. Qəzəb və pisəxlaqlılıq. Qəzəb elə bir eybdir ki, haqq basmağa, söyüşə, qeybətə, kinə və başqa günahlara səbəb olar. İmam Həsən Əsgəri (ə) buyurur: “Qəzəb hər bir pisliyin açarıdır”. Pisəxlaqlılıq da insanın ruhiyyəsini viran edər, onu ağlasızmaz günahlara tərəf çəkər.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930