Quran - bütün peyğəmbərlərin kitablarının anasıdır
Deyerler.org: “Həqiqətən öyüd verən bu Qur’an onlara gələn zaman onu inkar edənlər (odda olacaqlar). Doğrudan da bu (Qur'an) möhkəm, qalib və məğlubedilməz bir kitabdır”. (“Fussilət” 41). Quran ona görə əzizdir ki, Allah Özü əzizdir. O kəs ki, əzizdir, malik olduğu hər bir şey dostu üçün əzizdir - adı, məktubu, xatirəsi, şəkilləri... (Tebyan) Əziz, yəni ürəyinə nüfuz edən. Heç bir biganə onun ürəyindəki yerini dar edə bilməz. Hikmətli kitabdır. “Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qur’ana and olsun ki”. (“Yasin” 2). O kəslər ki, Həzrət Muhəmmədi (s) şair (nəuzubillah!) və kitabını da şeir kitabı adlandırırlar, onun hikmətləri barəsində bir qədər düşünsünlər. O zaman hikmətinin dərinliyini bəlkə dərk edərlər. Çünki bu, xəyal deyildir, həqiqətdir. Xəyal ilə hikmət arasındakı fərqi hər kəs dərk edə bilər. Kitabın anası vardır ki, ali mərtəbəli və hikmətlidir. “Həqiqətən bu (Qur’an) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir”. (“Zuxruf” 4). Bəli, Quran - bütün peyğəmbərlərin kitablarının anasıdır. Bu kitabın Lövhi-Məhfuzda kökləri vardır. Bu Lövhdə Allahın elmləri qeyd olunmuşdur. Həqiqət hər bir halı ilə oradadır. Hər nə qədər də təfəkkür əhli olsaq da, lakin ağılımız yenə də həmin kitaba gedib çata bilməz. Bu, elə bir kitabdır ki, sözləri vasitəsilə onun ali məqamını daha yaxşı dərk edə bilərik. İndi daha yaxşı başa düşürük ki, niyə Əmirəl-möminin (ə) onu “Allahın təcəllisi” adlandırmışdır. Quran yağış kimi bizlərə nazil olur və hər nazil olması ilə yeni təcəlli tapır. Allaha bu zəngin söz süfrəsinə və mərifət nemətlərinə görə şükürlər edirik. /Deyerler.org/ Oxşar xəbərlər
|