Həris insan qocaldıqca, nəfsi cavanlaşar
Mьəllif: admin1
Tarix: 22-01-2018, 10:07
Həris insan qocaldıqca, nəfsi cavanlaşar

Hər birimiz yaxşı bilirik ki, bədənimizdə bir xəstəlik olan zaman həkimə müraciət etməliyik. Çünki bu xəstəlikləri törədən amilləri aradan qaldırmadan, həmin xəstəlikdən xilas olmaq mümkün olmur. Əgər qısa bir müddət ağrıkəsici dərmanlarla xəstəliyin üzərini örtsək, bir müddət sonra yenə də özünü göstərəcəkdir.

Əxlaqi xəstəliklər də bu cürdür. Onların da gərək əvvəl kökləri kəsilsin ki, budaqlarını qurutmaq mümkün olsun. Hərisliyin, simicliyin, tamahın kök atmasının səbəbi - insanın Allaha sui-zənn etməsi və Ona təvəkkül etməməsidir. Lakin o kəs ki, Allahı Qadir və Raziq hesab edir, hər bir yaxşılıqların açarı onun əlində olar. Artıq dünya malı torplamaq üçün hərislik göstərməz.

Həris olmağın başqa bir səbəbi – cahillik və işin nəticələrindən xəbərsiz olmaqdır. Əgər insan bilsə ki, hərisliyi onun həyatdakı bütün rahatlığını bir-birinə vuracaqdır, hərislik onun şəxsiyyətini dəyişdirəcəkdir, daima əziyyət və əzab içində olmasına səbəb olacaqdır, Qiyamət günü bütün bunların hesabını verəcəkdir, başqaları isə onun əziyyətlə topladığı bu malı heç bir zəhmət çəkmədən yeyəcəklər – o zaman hərislikdən uzaq olardı.

Hərislik və tamah əvvəl ruha bir mikrob kimi ruha daxil olar və sonra uzun illər boyu orada kök atmağa başlayar, güclənər. Bu mikrobun ən pis cəhəti odur ki, insan hər nə qədər qocalsa da hərisliyi qocalmaz, əksinə cavanlaşar və daha həyəcanlı olar. İnsanı axirət haqqında düşünməkdən saxlayar.
Tamahkar insan çətin həyat sürər və onun yeganə məqsədi - mal toplamaqdır. Bu maldan nə özü istifadə edə bilir və nə də başqalarına istifadə etmək üçün icazə verir. O, dünyada yoxsul yaşayır və yoxsul da dünyadan gedir.

Həzrət Peyğəmbər (s) tamahkar insanı ipəkqurduna bənzədir ki, hər nə qədər ətrafına tor hörərsə, ondan çıxması daha çətin olar. Nəticədə özü hördüyü həmin qozanın içində qalıb, ölər.
Bəs bu xəstəliklə necə mübarizə aparaq?

Biz gərək Allaha təvəkkül edək və Ondan yardım istəyək. İkincisi isə ixtiyarımızda olan nemətlərə nəzər salaq və ona görə şükür edək. Üçüncüsü budur ki, insanların əlində olana göz yumaq, çünki insanın gözü heç bir zaman doymaz. Hər nə qədər versələr, yenə də istəyər. Dördüncüsü - infaq edək və sədəqə verək. Yoxsullara əl tutaq və yardım edək. İmam Əli (ə) buyurur: “Hər kim öz nəfs və ruhunu tamahkarlıq edərək çirkləndirərsə, özünü alçaltmış olar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930