"İlahi rəhmətdən ümidsiz olmaq küfrdür"
Ayətullah Cavadi Amuli öz təfsir dərsində mühüm mətləblərə toxunub İslamazeri.az-ın "Fars"-a istinadən verdiyi xəbərə əsasən, bu sözləri Ayətullah Cavadi Amuli öz təfsir dərsində bildirib. İnsanın ümidsizliyə qapanmasının küfr olduğunu qeyd edən Ayətullah Amuli, "Sirlərin bir çoxu qiyamət günü insana aydın olacaqdır. Lakin o gün, əməl funksiyası insanın əlindən alınacaq. Bəlli deyil ki, qiyamət gəmisi nə vaxt sahilə çatacaq. Dünyanın təlatümlü dənizi sakitləşəndən sonra qiyamət gəmisinə daxil olacağıq. İlahi rəhmətdən ümidsüz olmaq küfrdür. Bu o zaman baş verir ki, insan heç kimin ona yardım edə biləcəyinə inanmır. İlahi qüdrətin hədsiz olduğu bir halda, bu cür düşünmək küfr hesab edilir", - deyə söyləyib. Ayətullah Amuli Yəmən böhranına da toxunaraq, "Heç kim inana bilmir ki, özlərini hərəm xadimi bilən bir dəstə digər müsəlman ölkəsinə hücum etsin. Bu addım heç bir məntiqlə uzlaşmır. Bu addımın əmri kafir olan bir ölkə tərəfindən verilib. ABŞ-ın iqtidarı yalançıdır. Çünki 70 milyon qəbir onun ayağı altındadır. Bilməliyik ki, bu gücü insanlıq və ağıl yolu ilə əldə etməyiblər. Bu gün ABŞ nərə çəkir, hərəm xadimləri isə Yəmənə hücum edirlər", -deyə əlavə edib. Mənbə : İslamazeri Oxşar xəbərlər
|