Ruzinin artımına təsir qoyan amillər...
Mьəllif: admin1
Tarix: 23-05-2022, 19:26
Ruzinin artımına təsir qoyan amillər...
Quran ayələrindən başa düşmək olur ki, ruzinin az və çox olması Allahın əlindədir.

"Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O, həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir)”. ("İsra” 30).

İnsanın səy göstərməsi də ruziyə təsir qoyar. "Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. ("Nəcm” 39).

İnsanın iradə və əməli ruzi qazanmağına təsir edən amillərdəndir. Ruzinin az və çox olmasının da bəzi səbəbləri vardır. Bəzilərinə əməllərinə görə çox ruzi verər və bəzilərinə isə süst və tənbəl olmaqlarına görə az ruzi verər. Bəzilərini imtahana çəkmək üçün az və ya çox ruzi verər.

Hədislərimiz buyurur ki, gün çıxan zaman ruzi istəmək müstəhəb əməllərdəndir. Hər kəs həmin zaman ruzi dalınca gedərsə, əliboş qayıtmaz.

İmam Baqir (ə) buyurur: "Səhər zamanı dua edin! Çünki bu saatlarda səmanın qapıları açılar. Bu zaman ruzi paylanar. Böyük hacətlər bu zamanda həyata keçər”.

Hər kim gecə namazı qılar, ruzinin artmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: "Namaz ruzidə bərəkətə səbəb olar”.

Yenə buyurur: "Gecə namazı ruzini cəlb edər və çoxaldar”.

İstiğfarı unutmayın.

Həzrət Peyğəmbər (s) buyurur: "Çoxlu istiğfar edin ki, istiğfar ruzinin cəlb olmasına səbəb olar”.

"Və dedim ki: Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır”. ("Nuh” 10).

Həzrət Nuh (ə) buyurur: "Allahdan bağışlanma istəyin ki, O, çox bağışlayandır. Bərəkətli yağışları səmadan ardıcıl olaraq sizə göndərsin. Sizə çoxlu mal və övladlarla yardım etsin. Yaşıl bağlar və axan çayları ixtiyarınızda qoysun”.

Bu ayədən belə nəticə çıxartmaq olar ki, günahın ruziyə təsiri vardır. Əgər insan günah edərsə, ruzisində sıxıntıları meydana gələr. Bu ruzilərdən biri də maddi ruzilərdir.

Əmirəl-möminin (ə) buyurur: "Varlıq aləmində istiğfar ruzinin çox olmasına və Allahın xəlqinə qarşı lütfünün nazil olmasına səbəb olar”.

Ancaq insan gərək istiğfarı ruzinin çoxalması niyyətilə etməsin. Bəlkə niyyəti qürbət qəsdi ilə olmalıdır.

Niyyətinizi yaxşı edin.

İnsanın niyyətinin xalis olması imanının nişanəsidir. Ruzinin artmasına səbəb olar.

Əmirəl-möminin (ə) buyurur: "İnsan yaxşı niyyət və yaxşı əxlaqı ilə axtardığı bütün şeyləri – xoş həyatı, təhlükəsiz mühiti, çoxlu ruzini əldə edər”.

İmam Baqir (ə) buyurur: "Hər kimin niyyəti xoş olar, ruzisi çox olar”.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930